Baş səhifə    » MUSİQİ    » Azərbaycan xalq rəqsləri   

Azərbaycan xalq rəqsləri

  



Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub. 
Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlamışdır. 
Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun  (məsələn, “Yallı”, “Halay”) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir. 
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s. 
Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4 –dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.

Ən geniş yayılmış milli rəqslər bunlardır:
Abayı
Alçagülü
Asma Kəsmə 
Asta Qarabağı
Avarı
Ay bəri bax
Azərbaycan 
Bənövşə 
Birilliant 
Çalpapaq
Camış bağa girdi
Çattadı
Cəhribəyim
Cəngi
Ceyrani
Çit tuman
Darçını
Dartma, yaxam cırıldı
Dəsmalı
Ənzəli 
Gəlin atlandı
Gəlin gətirmə
Gəlin havası
Gülgəz (rəqs)
Gülməyi
Heyvagülü
İki arvadlı
İnnabı
Keçi məməsi
Kəndiri
Kəsmə
Koroğlu 
Koroğlunun qaytarması
Lalə 
Mirvari 
Mirzəyi
Misri
Mücəssəmə
Naznazı
Pəhləvanı
Qaytağı
Qazağı
Qıtqılda
Qızılgül 
Qızlar bulağı
Qoçəli
Qofta 
Rəngi
Şahsevəni
Şalaxo
Samux 
Sarıbaş
Şəki 
Səməni 
Tamara 
Tərəkəmə
Toy rəqsi
Turacı
Üç badam, bir qoz
Uzundərə
Vağzalı
Velaçola
Xalabacı
Xançobanı
Yallı
Yerli rəqs
Yüz bir
Zoğalı 



Oxunub: 85919



Azərbaycan Televiziyaları
İnternet Radio