Baş səhifə    » RƏSSAMLIQ    » Karikatura    » Karikaturaçılar   

Karikaturaçılar

  


Əzim Əzimzadə (1880-1943)
Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadə öz karikaturalarını "Molla Nəsrəddin" jurnalında dərc etdirib. Sənətkar bir müddət jurnalın baş rəssamı olub və ictimai bərabərsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradıb. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah da yumşaq kinayə ilə kəskin satira atəşinə tutub.

Qəzənfər Xalıqov (1898-1981)
Qəzənfər Xalıqov ilk peşəkar karikaturaçılardandır. O, Azәrbaycan Dövlәt Rәssamlıq Texnikumunda təhsil almışdır. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışmışdır. Q.Xalıqov həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən Azərbaycan Xalq Rəssamıdır.

Elturan Avalov (1940)
Elturan Avalov 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsini bitirmişdir. "Şuşanın memarlığı"(1977), "Elturan"(1986), "Memarın gözü ilə" adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası "Əməkdar İncəsənət Xadimi" adına layiq görülmüşdür. Bakıda (1985,1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib. 2003-cü ildə professor adı verilib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təsviri incəsənət kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bayram Qasımxanlı (1946)
Bayram Qasımxanlı 1971-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1982-ci ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 1984-cü ildən Bakı Eksilibris Klubunun sədridir. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bulud Qasımov (1947)
Bulud Qasımov 1968-ci ildə Texniki Rəssamlıq Məktəbini bitirmişdir. 1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında çalışmışdır. 1981-ci ildən bu günə qədər "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edir. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktorudur. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Böyükağa Yəhyayev (1948)
Böyükağa Yəhyayev 1973-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə V.Muxina adına Leninqrad Rəssamlıq İnstitutunu bitirmişdir. 1992-ci ildən «Günəş» jurnalının bədii redaktoru vəzifəsində çalışır. Respublika mətbuatında karikaturaçı rəssam kimi fəaliyyət göstərir. Bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. 2005-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvü olmuşdur.

Hafis Nəsiroğlu (1950)
Hafis Nəsiroğlu 1968-ci ildə Texniki Peşə Məktəbinin tərtibçi-rəssam şöbəsini bitirmişdir. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən «Kirpi» satira-yumor jurnalında rəssam kimi çalışmışdır. 1992-ci ildən “Kirpi” jurnalının baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.

Yaşar Səmədov (1950)
Yaşar Səmədov 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1982-ci ildə Azərbaycan Memarlıq Universitetində müəllim işləmişdir. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul edilmişdir. 1998-ci ildə Lüksemburqda "Maus Ketti" sərgisində, 1999-cu ildə Polşada III-cü Beynəlxalq Eksilibris Qrafika Müsabiqəsində, 2000-ci ildə Latviyada "M.K.Ciurlioniui 125" sərgisində, eləcə də 2001-ci ildə Azərbaycanda keçirilər "Portretlər Sərgisi", "Ümumrespublika Karikatura Sərgisi" və Azərbaycanın Müstəqilliyinin 10-cu ildönümünə həsr edilmiş sərgilərdə iştirak etmişdir.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Zəfər Hüseynov (1955)
Zəfər Hüseynov 1975-ci ildə Gəncə Pedaqoji Məktəbini, 1983-cü ildə Gəncə Pedaqoji Universitetini bitirmişdir. 1996-cı ildən karikaturaları ilə dövri mətbuatda çıxış edir. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Vaqif Ucatay (1955)
Vaqif Ucatay 1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 2007-ci ildə fərdi sərgisi açılıb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Yavər Əsədov (1956)
Yavər Əsədov 1975-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1981-ci ildən SSRİ Jurnalistlər Birliyinin və SSRİ Rəssamlar İttifaqının üzvüdür. Uzun illər "Kommunist" qəzetində baş rəssam kimi fəaliyyət göstərmişdir. 2000-2004-cü illərdə "Zarafat" satirik qəzetini yaradıb və onun baş redaktoru olub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Hazırda pedaqoq kimi fəaliyyət göstərir.

Kirman Abdin (1959)
Kirman Abdin 1982-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mətbuatda rəssam kimi fəaliyyət göstərir. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Elman Mirzəyev (1959)
Elman Mirzəyev 1980-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1982-ci ildən «Kirpi» satirik jurnalı ilə sıx əməkdaşlıq edir, eyni zamanda karikaturaçı rəssam kimi çalışır. 1982-ci ildən Kinostudiyada cizgi-filmləri rəssamı kimi çalışıb. 1985-ci ildən «Marianet kuklalar» teatrının aparıcı rəssamıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1999-2003-cü illərdə Bakıda fərdi sərgiləri keçirilib. Azərbaycanda və xaricdə keçirilən beynəlxalq karikatura müsabiqələrinin iştirakçısı və mükafatçısıdır. Əsərləri onlarla kataloqda dərc olunub. UNESCO-nun xüsusi mükafatına layiq görülüb. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətinin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun vitse-prezidentidir

Etibar Aslanov (1963)
Etibar Aslanov 1983-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1985-ci ildən "Göyərçin" uşaq jurnalında rəssam kimi çalışır. 2004-cü ildə fərdi sərgisi keçirilib. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Vəfa Allahyarova (1965)
Vəfa Allahyarova 1984-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1982-ci ildən «Kirpi» satirik jurnalı ilə sıx əməkdaşlıq edir. Respublika mətbuatında karikaturaçı rəssam kimi çalışır. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1990-cı ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətinin üzvüdür. «Biz və Karikatura» jurnalının bədii redaktorudur. 2006-cı ildən FECO(Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Seyran Cəfərli (1966)
Seyran Cəfərli 1982-ci ildən “Kirpi” satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı Kursunu bitirmişdir. 2002-2005-ci illər «Molla Nəsrəddin» beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olmuşdur. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən “WITTY WORLD” (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə Karikaturistlər Birliyini təsis edib. «Beynəlxalq Karikatura Xəbər Mərkəzi» saytının direktorudur. 2007-ci ildən “Don Kixot” Karikatura Komitəsinin üzvüdür. 2007-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2008-ci ildən «Yumor» satirik jurnalının təsisçisi və baş redaktorudur.

Vüqar Muradov (1967)
Vüqar Muradov 1986-cı ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Son illər karikatura janrı ilə də məşğuldur, 2007-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.

Bayram Hacızadə (1968)
Bəhram Hacızadə 1987-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1986-cı ildən «Kirpi» satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir. 2005-ci ildən «Biz və Karikatura» jurnalının baş redaktorudur.
2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib.
2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir. Karikatura sahəsində 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası «Əməkdar İncəsənət Xadimi» fəxri adına layiq görülüb. 2008-ci ildə «Azərbaycanda karikaturanın inkişafı» mövzusunda müdafiə etmiş,sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.
2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Sənətşünaslıq» kafedrasında «Karikatura tarixi» fənini tədris edir.
Azərbaycanda keçirilən «Molla Nəsrəddin» Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısıdır. 2008-ci ildə ABŞ «Cartoonion» Beynəlxalq Karikaturaçılar Klubuna fəxri üzv seçilmişdir.

Afət Mahmudova (1969)
Afat Mahmudov 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Bir çox sərgilərin iştirakçısıdır. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq-rəssam kimi fəaliyyət göstərir. Son illər karikatura ilə fəal məşğul olur. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Evelina Əliyeva (1969)
Evelina Əliyeva 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2007-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.

Vüsal Bağırov (1970)
Vüsal Bağırov 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 2001-ci ildən Azərbaycan Reklamçılar İttifaqının üzvüdür. 2004-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Respublikada və xaricdə keçirilən sərgi və müsabiqələrdə iştirak edib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildən karikatura sahəsində çalışır. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bəhram Bağırzadə (1972)
Bəhram Bağırzadə 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Anar Qasımov (1982)
 Anar Qasımov 2000-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. 1997-ci ildən respublikada çap olunan bir sıra qəzet və jurnallarda karikaturaçı rəssam kimi çalışır. Əsərləri bir sıra kitab və albomlarda dərc olunub. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.



Oxunub: 189655



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on