Baş səhifə    » BALET    » Tamaşalar haqqında   

Tamaşalar haqqında

  


“Gülşən” baleti
1950, 30 dekabr
Müəllif: Soltan Hacıbəyov
Rejissor: Soltan Dadaşov, baletmeystr Qəmər Almaszadə, rəssam Ənvər Almaszadə
Rollarda:
Gülşən – Qəmər Almaszadə
Azad – Konstantin Bataçov
Əhməd – Yuri Kuznetsov
Bəstəkar, dirijor və baş partiyaların ifaçıları 1952-ci ildə Stalin mükafatına layiq görülüblər.

“Yeddi gözəl” baleti
1952-ci il, 7 noyabr
Müəllif: Qara Qarayev
Rejissor: İsmayıl Hidayətzadə, baletmeystr : Pyotr Qusev, rəssamlar -Ənvər Almaszadə və Fyodor Qusak,dirijor: Kamal Abdullayev
Əsas partiyaları ifa edirlər:
Aişə - Qəmər Almaszadə və Leyla Vəkilova
Bəhram şah – Yuri Kuznetsov və Konstantin Bataşov
Mənzər – Maqsud Məmmədov və Konstantin Bataşov
Vəzir – Anatoli Urqantsev və Kamal Həsənov

“İldırımlı yollarla” baleti
1958-1959-ci illər
Müəllif: Qara Qarayev
P. Abrahamsın romanının motivləri əsasında yazdığı balet.

“Məhəbbət əfsanəsi” baleti
1962-ci il, 12 noyabr
Müəllif: Arif Məlikov
Baletmeystr: Yuri Qriqoreviç, rəssam: Simon Virsaladze, dirijor: Niyazi
Əsas partiyaları ifa ediblər:
Şirin – Leyla Vəkilova və Rəfiqə Axundova
Fərhad – Maqsud Məmmədov və Dönməz Hacıyev
Məhmənə Banu – Raisa İzmayılova və Viktoriya Dankeviç
Vəzir – Konstantin Bataşov və Mixail Qavrikov

“Qaraca qız” baleti
1965-ci il, 15 sentyabr
Müəllif: Əşrəf Abbasov
Baletmeystr: Qəmər Almaszadə
Rəssam: Ənvər Almaszadə
Dirijor: Əfrasiyab Bədəlbəyli
Əsas partiyaları ifa edirlər:
Qaraca qız – Leyla Vəkilova və Tamella Şirəliyeva
Piri baba – Konstantin Bataşov
Gülcahan – Xumar Zülfüqarova və Maya Bədirova
Ağca qız – Çimnaz Babayeva və Svetlana Burlakova
Yasəmən – Raisa İzmayılova və Lüdmila Pavliy

“Xəzər balladası” baleti (xoreoqrafik süita)
1967-ci il, 29 dekabr
Müəllif: Tofiq Bakıxanov
Baletmeystr: Maqsud Məmmədov, rəssam: İzzət Seyidova, dirijor: Kazım Əliverdibəyov
Neft, Dəniz, Alov... rəmzi obrazlarında Tamilla Şirəliyeva, Tofiq Məmmədov, Ramazan Arifulin, Rüfət Zeynalov, Sima Feyzullayeva, Pyotr Yusupov çıxış edirlər.

“Şur” baleti (xoreoqrafik novella)
1968-ci il, 27 dekabr
Müəllif: Fikrət Əmirov
Baletmeystr: Qəmər Almaszadə, rəssam: Simon Virsaladze, dirijor: Kazım Əliverdibəyov
Əsas Rollarda:
Qız – Leyla Vəkilova, Çimnaz Babayeva və Tamella Şirəliyeva
Gənc oğlan – Zaur Zeynalov və Vladimir Pletnyov
Əhriman – Konstantin Bataşov və Volodya Stryukov

“Yallı” və ”Azərbaycan suitası” baletləri (xoreoqrafiq miniatürlər)
Müəllif: Rauf Hacıyev
Baletmeystr: Rəfiqə Axundova və Maqsud Məmmədov,
Geyim rəssamı: Tahir Tahirov
Soloları Rüfət Zeynalov və Tamella Məmmədova, Çimnaz Babayeva və Vladimir Pletnyov oynayırdılar.

“Leyli və Məcnun” baleti
1969-cu il, 15 may
Müəllif: Qara Qarayev
Birpərdəli xoreoqrafik poema.
Baletmeyster: Nailə Nəzirova, rəssamlar- Ənvər Almaszadə və Toğrul Nərimanbəyov, dirijor: Rauf Abdullayev
“Qobustan kölgələri” baleti
1969-cu il, 15 may
Müəllif: Fərəc Qarayev
Birpərdəli xoreoqrafik poema.
Baletmeyster Nailə Nəzirova, rəssamlar Ənvər Almaszadə və Toğrul Nərimanbəyov, dirijor Rauf Abdullayev

“Koleydoskop” baleti
1970-cil il
Müəllif: Fərəc Qarayev
Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib.

“Muğam” baleti
1972-ci il, 22 yanvar
Müəllif: Nazim Əliverdibəyov (Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında).
Baletmeystrlər- Maqsud Məmmədov və Rəfiqə Axundova, rəssam- Tahir Tahirov, dirijor- müəllif.
Şeirləri RDT-nin aktrisası Vera Şirye oxuyub. Əsas partiyaları Vladimir Pletnyov və Tamilla Şiriyeva ifa ediblər.

“Çitra” baleti
1972-ci il, 9 aprel
Müəllif: Niyazi
Baletmeystet: Nataliya Danilova, rəssam: Mikayıl Adullayev və dirijor Niyazi. Yaradıcı heyət 1974-cü ildə Beynəlxalq Nehru mükafatına layiq görülüb.
Əsas partiyaların ifaçıları:
Çitra – Tamilla Şiriyeva
Arçun – Vladimir Pletnyov
Madana – Rafael Qriqorov

“İlham” baleti
1977-ci il.
Müəllif: Leonid Vaynşteyn (libreto müəllifləri Nailə Nəzirova və Ramiz Fətəliyev).
Baletmeyster: Nailə Nəzirova, rəssam: Aleksandr Belov, dirijor: Kazım Əliverdibəyov.
Əsas rollarda:
Oğlan – Vladimir Pletnyov
Qız – Çimnaz Babayeva
Rəqib – Ramazan Arifulin

“Min bir gecə” baleti
1979-cu il
Müəllif: Fikrət Əmirov
Əsərin premyerası Azərbaycan Opera və Balet Teatrında baş tutmuşdur. Dirijor Nazim Rzayev olmuşdur.
Əsas rollarda:
Şəhrizad – Tamella Şirəliyeva
Şəhriyar – R. Qriqoryev
Nuridə - İ. Nizaməddinova
Nuridənin sevimli qulu – R. Arifulin və R. Zeynalov
Ruh quşu – S. Boqdanov
Ələddin – A. Kurkov
Budur – F. Yusifova
40 quldurun başçısı – S. Rəhmətulin
Əlibaba – V. Andreyev
Mərcanə - L. Pavliy
Cadugər – O. Varqanov

“Humay” baleti
1981-ci il, 6 dekabr
Müəllif: Nəriman Məmmədov. Səməd Vurğunun “Komsomol poeması” əsasında.
Baletmeyster: A. Asaturov, rəssam: Ənvər Almaszadə, dirijor: Rauf Abdulayev.
Əsas partiyaların ifaçıları:
Gəray bəy – Ramazan Arifulin
Humay – Valentina Zeynalova və Lüdmila Patyaqina
Cəlal – Rüfət Zeynalov
Bəxtiyar – Vitali Axundov
“Babək” baleti
1986-cı il, 20 may
Müəllif: Aqşin Əlizadə. Libretto müəllifləri və baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, rəssam: Tahir Salahov, dirijor: Rauf Abdullayev.
Babəkin partiyasını Ramazan Arifulin və Valeri Axundov ifa ediblər.

“Ağ və qara” baleti
2000-cil il, 7 iyun
Müəllif: Xəyyam Mirzəzadə.
Baletmeyster Pulumb Aqaliu
Rəssam Tahir Tahirov, dirijor Cavanşir Cəfərov.



Oxunub: 437922



Azərbaycan Televiziyaları
İnternet Radio