Baş səhifə
» VİZİT TUR
» Azərbaycan haqqında
Azərbaycan haqqındaHər bir nəfər üçün Azərbaycana gələrkən bunları bilmək vacibdir: Dövlətin rəsmi adı: Azərbaycan Respublikası Azərbaycanın dövlət dili: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. İstifadə olunan işlək dillər ingilis, tük və rus dilləridir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. Yerləşdiyi yer: Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimaldan Rusiya Federasiyası (RF), cənubdan İran İslam Respublikası (İİR), qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda yerləşir. Ərazisi: 86,600 km2 – dir. Əhalisi: 2011–ci ilin məlumatına görə 9 milyon 165 min nəfərdir Azərbaycanın iqlimi: Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən 9-nun burada olduğu müəyyən edilmişdir. Azərbaycanda din: Azərbaycan Respublikasında hakim din islamdır. Ancaq tam sərbəstlik şəraitində müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Digər əsas dinlər xristianlıq və iudaizmdir. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.
|