Baş səhifə
» VİZİT TUR
» Əcnəbilərin hüquqları
Əcnəbilərin hüquqlarıbütün vəzifələri yerinə yetirirlər. Onlara şamil olunan hüquq və vəzifələri diqqətinizə çatdırırıq: Azərbaycan Respublikası ərazisində müvəqqəti olma Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə müəyyən olunur. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınma üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) Daxili İşlər Nazirliyinin müvafiq orqanında qeydiyyatdan keçməlidirlər. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Xarici İşlər Nazirliyi tərəfindən aparılır. - Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; - Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda; - Ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda; - Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti qoyduqda; - Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldıqda; - Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda; - iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman, elm və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda. Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi icazənin verilməsi ilə bağlı yuxarıda qeyd olunan müddətdə işəgötürən vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Əməkçi miqrantın Azərbaycan Respublikasında müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında yaşamalarını, yaşayış yeri üzrə qeydiyyatlarını rəsmiləşdirmiş olurlar. Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yerini dəyişərək yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onun verilməsinə əsas olan qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olduğu müddətdə qüvvədədir. Azı 2 il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) verilə bilər. Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları • Sərbəst hərəkət etmək və yaşayış yeri seçmək; • Əmək fəaliyyəti ilə məşğul olmaq; • Şəxsi toxunulmazlıq; • Mənzil toxunulmazlığı; • İnvestisiya və sahibkarlıq fəaliyyəti; • İstirahət etmək; • Sağlamlığın qorunması; • Təhsil almaq; • Vicdan azadlığı. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istədiyi dinə sitayiş edə bilərlər. Lakin dini təbliğat apara bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında siyasi partiyalara üzv ola bilməzlər. Dövlət rüsumları: Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərarların verilməsinə, müvəqqəti və ya daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsinə və müddətlərinin uzadılmasına, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə, o cümlədən Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:
|