Baş səhifə
» MƏTBUAT
» Mətbuat Şurası
Mətbuat ŞurasıMətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılmışdır. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Mətbuat Şurası Nizamnamə tələblərinə uyğun olaraq jurnalistlərin peşə hazırlıqlarının artırılması, onların ixtisaslaşmalarına dəstək göstərilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa, qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur.
|