Baş səhifə
» HƏRB TARİXİ
» Görkəmli hərbçilərimiz
Azərbaycanın hərb sənətiÜmumiyyətlə Azərbaycanın hərb sənətinin tarixi çox qədimdir. Girdman dövlətinin başçısı Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-837 illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğalçılarının 6 ordusunu darmadağın edib. Bu qələbələr bir sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəticəsində əldə olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə əldə etmişdilər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə nail olur. İstər XIX, istərsə də XX əsrdə baş verən bir sıra müharibə və münaqişələrdə iştirak edərkən ayrı-ayrı Azərbaycan hərbçiləri müəyyən taktika və özünəməxsus hərbi strategiyaları ilə fərqləniblər. Həmin hərbçilərimizin həyatı və hərbi xidmətləri haqqında məlumatlarla sizi tanış edirik.
|