Baş səhifə
» HƏRB TARİXİ
» Azərbaycanda hərbi rütbələr
Azərbaycanda hərbi rütbələrHər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. Azərbaycanın Silahlı Qüvvələrində aşağıdakı rütbələr var: Quru Qoşunları: Baş Gizir Kiçik Leytenant Leytenant Kapitan Mayor Polkovnik-Leytenant General-Mayor General-Leytenant General-Polkovnik Quru qoşunlarına aid hərbi paqonlar bunlardır: Hərbi Hava Qüvvələri: Gizir Baş Gizir Kiçik Leytenant Leytenant Baş Leytenant Kapitan Mayor Polkovnik-Leytenant Polkovnik General-Mayor General-Leytenant General-Polkovnik Hərbi Hava Qüvvələrinə aid hərbi paqonlar bunlardır: Hərbi Dəniz Qüvvələri: Miçman Baş Miçman Kiçik Leytenant Leytenant Baş Leytenant Kapitan-Leytenant Üçüncü Dərəcəli Kapitan İkinci Dərəcəli Kapitan Birinci Dərəcəli Kapitan Kontr-Admiral Vitse-Admiral Admiral Hərbi Dəniz Qüvvələrinə aid hərbi paqonlar bunlardır: Azərbaycan Respublikasının güc strukturlarına daxil olan digər nazirlik və xidmət orqanlarının hərbi rütbələri əsasən Quru Qoşunlarının rütbələri ilə üst-üstə düşsə də, paqonlar yalnız rənglərinə görə fərqlənir. Belə ki, digər güc strukturlarında da hərbi rütbələrin sıralaması bu ardıcıllıqladır: Gizir, Baş Gizir, Kiçik Leytenant, Leytenant, Baş Leytenant, Kapitan, Mayor, Polkovnik-Leytenant, Polkovnik, General-Mayor, General-Leytenant, General-Polkovnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi: Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi: Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətləri:
|