Baş səhifə
» BAYRAQ
» Dövlət Bayrağı Muzeyi
Dövlət Bayrağı MuzeyiDövlət Bayrağı Muzeyinin açılışı 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə olub. Səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
|