Baş səhifə    » ƏHALİ    » Azərbaycanda əhali sayı   

Azərbaycanda əhali sayı

  

Azərbaycan əhalisi haqqında ilk yazılı məlumatlar bilavasitə yazının yaranması dövründən başlayır. Belə məlumatlara Şummer-Akkad, sonralar isə Assuriya və Urartı yazılarında təsadüf olunur. Həmin yazıların toplanması, oxunması, şərh olunması və nəşr olunmasında xeyli işlər görülmüşdür.
Hazırda elmi ədəbiyyatda əhalinin öyrənilməsi tarixinə münasibətdə tam aydınlıq yoxdur. Bu özünü onda göstərir ki, bəzi tədqiqatlarda əhalinin öyrənilməsi tarixi əhali haqqında biliklər sisteminə daxil edilmir.
Hələ ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə əvvəlki dövrün təcrübəsi nəzərə alınmaqla milli kargüzarlıq sistemi yaradılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin (AXCXİN) əməkdaşı A.Şpotyevin məruzəsində əhalinin yerləşməsi, etnik tərkibi haqqında geniş məlumatlar verilmişdi. Həmçinin, Fövqəladə Təhqiqat Komitəsinin (FTK) məlumatlarında erməni soyqırımı haqqında geniş məlumatlar verilib.
Sovet Sosialist Respublikası (SSRİ) dövründə əhalinin öyrənilməsi ilə bir sıra dövlət orqanları məşğul olmuşdur.
Azərbaycan statistika orqanları 1920-ci ildən formalaşmağa başlamışdır. Bu qurum əhalinin statistikası və s. sahələrdə xeyli işlər görmüşdür. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (1920-ci ildə yaradılmışdır), Təhsil Nazirliyi (1920-ci ildə yaradılmışdır) əmək siyasəti, məşğulluq siyasəti və demoqrafiya, miqrasiya, sosial təminat, təhsil və s. sahələrdə təqdiqat aparmış, eyni zamanda əhalinin siyahıya alınmasını təşkil etmişlər.
Hal-hazırda Azərbaycanda əhalinin statistikası, yerləşməsi, cinsi tərkibi haqqında geniş məlumatları Dövlət Statistika Komitəsi (DSK) hazırlayır.
Komitənin məlumatlarına görə, 1897-ci ildə Azərbaycanda 1.806.7 milyon nəfər yaşamışdır. Bu dövrdə kəndlərdə yaşayanların sayı böyük ustünlük təşkil etmişdir. Təxminən 83 faiz əhali kəndlərdə yaşamışdır. Sonrakı dövrlərdə bu dinamika sürətlə dəyişməyə başlayıb. Məsələn, 1913-cü ildə əhalinin sayı 2.339.2 milyon nəfər, şəhərdə yaşayanların sayı isə 23 faizə çatmışdır.
1917-ci ildə Rusiya hökuməti tərəfindən aparılan statistkada əhalinin sayının 2.353.7 nəfər olduğu məlum olur. Burada şəhərdə yaşayanlar 560.2 min nəfər, kəndlərdə yaşayanlar isə 1.793.5 min nəfər təşkil edib.
Bundan 3 il sonra Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən 1920-ci ildə aparılan siyahıya alınmada əhalinin 1.952.2 milyon nəfər olduğu göstərilir. Maraqlı məqam ondan ibarətdir ki, 1917-ci ildən sonra Azərbaycanda əhalinin sayı təxminən 300 min nəfərə qədər azalmışdır. Şübhəsiz ki, İkinci Dünya Müharibəsi, Qafqazda baş verən qarşıdurmalar, Qarabağda, Bakıda, Qubada, Göyçayda və ölkənin başqa bölgələrində erməni daşnaqlarının həyata keçirdiyi soyqırımlar əhalinin sayının azalmasına təsir göstərmişdir.
Bu dövrdə də şəhər əhlisinin sayının azalması diqqət çəkir.
Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunduqdan sonra əhalinin siyahıya alınması mütəmadi olaraq aparılmışdır. Yalnz İkinci Dünya Müharibəsi illərində 20 illik fasilə yaranmışdır. Beləliklə, 1926-cı ildə aparılan siyahıyaalınma zamanı əhalinin sayı 2.313.7 milyon nəfərə çatmışdır. Bu da 1913-cü il səviyyəsinin təxminən 13 il sonra bərpa olunduğunu deməyə əsas verir. 1926-cı ildə aparılan tədqiqatlarda şəhərdə yaşayanların sayı nəzərə çarpacaq səviyyədə artmışdır. İlk dəfə şəhərdə yaşayanların sayi 29 faizə catıb.
Növbəti siyahıya alınma 13 ildən sonra-1939-cu ildə keçirilmişdir. Sovet hakimiyyətinin bu dövr ərzində apardığı total repressiayalara, kütləvi sürgünlərə rəğmən əhalinin sayı təxminən 900 min nəfər artmışdır. Kollektivləşmə dövründə təxminən, 230 min azərbaycanlı öldürülüb, yaxud ölkədən sürgün olunub. 
İkinci Dünya Müharibəsinin başlanması əhalinin siyahıya alınmasını, əhali problemlərinin öyrənilməsini 20 il ləngidib. Məhz bu səbəbdən növbəti siyahıyaalınma 1959-cu ildə keçirilib. Bu müddət ərzində Azərbaycanda əhalinin sayı cəmi 400 min nəfər artmışdır. Bunun da əsas səbəbi İkinci Dünya Müharibəsində çoxsaylı itkilərdir. Azərbaycandan cəbhəyə yollanan 650 min nəfərdən təxminən yarısı döyüşlərdə həlak olmuşdu.
20 illik dövr həm də şəhər əhalisinin sayının artması- urbanizasiya prosesinin genişlənməsi ilə xarakterizə olunur. 1959-cu ildə əhalinin 47 faizi şəhərlərdə yaşamışdır.
1970-ci ildən sabitlik dövrü kimi xarakterizə olunur. Bu vaxt əhalinin sayı 5.117.1 milyon nəfər olmuşdur. Şəhər və kənd əhalisinin nisbətində artım yenə əvvəlki dinamika ilə davam etmişdir. Bu ildə ilk dəfə şəhərdə yaşayanların sayı 50 faizi keçmişdir.
1979-ci ilin statistikasına görə, əhalinin sayı 6 milyon nəfərdən artıq olub. Davamlı urbanizasiya prosesinin təsiri bu onillikdə də özünü göstərmişdir. Kəndlərdə yaşayanların sayı 46 faizə düşmüşdür.
1980-ci ildən başlayaraq dövlət qurumları hər il statistik məlumatlar toplayır. Son 30 ildə ilbəil təqdim olunan məlumatlarda diqqətçəkən məqamlardan biri urbanizasiya prosesinin dayanmasıdır. Üç onillikdə əhalinin yerdəyişməsi prosesi cüzi fərqlə ifadə olunur.
1980-ci ildə Azərbaycanda 6114.3 milyon, 1981-ci ildə 6.202, 1982-ci ildə 6.303, 1983-cü ildə 6.403, 1984-cü ildə 6.513, 1985-ci ildə isə 6.622 milyon nəfər yasamışdır. Təqdim olunan 5 illik statistikada hər il əhalinin 100 min nəfər artdıği görünür. Bu müddət ərzində də urbanizasiya prosesi sabit qalıb. Kəndlərdə və şəhərlərdə yaşayanların sayı az dəyisib.
1990-cı ildə Azərbaycan əhalisinin sayı 7.131 milyon nəfər olmuşdur. 5 il ərzində azərbaycanlıların sayı təxminən 500 min nəfər artmışdır. İllik artım faizi 1.2-1.7 arasında dəyişmişdir.
1990-1995-ci illər arasında da artım dinamikasında ciddi dəyişiklik baş verməmişdir. Ölkədə yaşayanların sayı 500 min nəfərə qədər artmışdır. İllik artim faizi də ötən beşillikdə olduğu kimi sabit qalmışdır.
2000-cil də əhalinin sayı 8 milyon nəfəri keçmişdir. Sonrakı illərdə diqqətçəkən məqam əhalinin sayının artmasına rəğmən illər üzrə artım faizinin aşağı düşməsdir. Məsələn, 2001-ildə 77 min, 2002-ci ildə 77.8 min, 2003-cü ildə isə 79.8 min nəfər artmışdı.
2003-cü ildən sonrakı illərdə isə artım nisbətən çoxalmışdır. 2004-cü ildə Azərbaycanda 8349 min nəfər qeydiyyatda olmuşdur. 2005-ci ildə ötən ilə nisbətən əhalinin sayı 105 min nəfər artmışdır. Bu tendensiya qısa fərqlərlə 2010-cu ilə qədər davam edib. 2006-ci ildə ölkədə 8.553 milyon, 2007-ci ildə 8.665, 2008-ci ildə 8.779, 2009-cu ildə 8.896, 2010-cu ildə isə təqribən 9 milyon nəfərə çatmışdı. Bu illər ərzində kəndlərdə yaşayan əhalinin azalması tendensiyası davam edərək 5545 faiz nisbətində olmuşdur.



Oxunub: 249926