Baş səhifə    » ƏHALİ    » Antroponimlər    » Azərbaycanda adların seçim sistemi   

Azərbaycanda adların seçim sistemi

  

Azərbaycanda adların qoyulması “işıqfor prinsipi” ilə tənzimlənir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun müəyyənləşdirdiyi bu prinsipə əsasən, qoyulması tövsiyə olunan adlar “yaşıl işıq” altında olan adlar, qoyulması məsləhət görülməyən adlar (məsələn, Volodya, Sovet, Kolxoz, Kombayn, Dilənçi və s.) “qırmızı işıq” altında olan adlar hesab olunur. Körpənin valideynlərindən biri əcnəbidirsə, onun qəbul etdiyi ad “sarı işıq” altında sayılır. Məsələn, Selena, Yelena və s. Sarı işıq altında olan adların qoyulmaması yalnız tövsiyə oluna bilər. Statistikaya əsasən, Azərbaycanda ən geniş yayılmış kişi və qadın adları, eləcə də, soyadlar, adı və soyadı eyni olanlar arasında çoxluq təşkil edənlər müəyyənləşdirilib.

Ən populyar kişi adları:
1. Əli
2. Elçin
3. Vüqar
4. Anar
5. Elnur
6. Samir
7. Elşən
8. Rəşad
9. İlqar
10. Vüsal

Ən populyar qız adları:
1. Sevinc
2. Günel
3. Leyla
4. Aygün
5. Günay
6. Sevda
7. Vüsalə
8. Könül
9. Təranə
10. Samirə

Ən populyar soyadlar:
1. Məmmədov
2. Əliyev
3. Hüseynov
4. İsmayılov

Adı və soyadı eyni olanlar arasında çoxluq təşkil edənlər:
1. Məmmədova Sevinc
2. Əliyev Əli
3. Məmmədova Günel
4. Məmmədov Məmməd
5. Əliyeva Sevinc
6. Məmmədov Elçin
7. Məmmədov Əli
8. Məmmədova Aygün
9. Məmmədova Günay
10. Məmmədova Sevda



Oxunub: 130810