Baş səhifə    » ELM    » Elm    » Azərbaycan elminin uğurları   

Azərbaycan elminin uğurları

  

Azərbaycan elmini dünyada tanıdan əsas elmi uğurlarını belə ümumiləşdirmək olar:
1. Neftçıxarma sahəsində yeni istiqamət olan radiotexnologiyanın tətbiq olunması;
2. Reaktiv mühərriklər üçün yeni növ yanacağın kəşfi;
3. Davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya (EcoCivil) konsepsiyası;
4. Təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlim;
5. Etil spirti molekulasının trans-kontormerinin fırlanma spektrini ilk dəfə olaraq müəyyənləşdirilməsi;
6. Yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslər tədqiq edilməsi;
7. On iki üzvlü tsikllərin konformasion analizinin öyrənilməsi;
8. Güclü qeyri-xətti laylı Gase kristallarında hadisələrin tədqiqi:
9. Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsi;
10. Yarımkeçiricilərin tədqiqinin elektromaqnit dağılmaz metodları;
11. İnformasiya emalının akustooptik metodları;
12. Mülki aviasiyanın hava gəmilərində uçuşların təhlükəsizliyi problemlərinin elmi əsasları;
13. Fenolların və aminlərin kükürdlü törəmələrinin antioksidant təsir mexanizminin müəyyən edilməsi;
14. Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsasları ;
15. Nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşfi;
16. Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi və optimallaşdırılması nəzəriyyəsi və prinsipləri;
17. İnsanda qastroduodenal qanaxmalarda ilk dəfə iynəsiz inyektorun tətbiqi,
18. Hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı;
19. Türk dillərinin məntiqi tipinin yaradılması ideyası



Oxunub: 259642