Baş səhifə    » ELM    » Xaricdə yaşayan azərbaycanlı alimlər   

Xaricdə yaşayan azərbaycanlı alimlər

  

Lütfi Zadə (Lotfi Zadeh) (1921)
Azərbaycan əsilli alim, süni intelellekt sahəsində qeyri-səlist məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. Bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Lütfizadə bir çox xarici ölkə akademiyalarının üzvüdür və dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir.

Melikoff İren xanım
1917-ci ildə Peterburqda doğulmuşdur. Ailəsilə birlikdə Fransaya köçmüşdür. Azərbaycanlıdır, filologiya elmləri doktoru, professordur. Parisdə ingilis dilində litsey bitirmişdir. Sorbonna Universitetində təhsil almaqla eyni zamanda, Şərq Dilləri İnstitutunda oxumuş, ərəb, fars və türk dillərini
öyrənmişdir. 1947-ci ildə Fransaya qayıdaraq "Orta əsrlər Türkiyə eposları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Strasburq Universitetinin professoru olmuşdur. Onun elmi maraq dairəsi çox əhatəlidir. O, 400-ə qədər elmi işin müəllifidir. "Koroğlu", "Umur paşa", "Məlik Danişmənd", "Seyid Batddal", Babək hərəkatı, Qızılbaşlar tarixi, Əbu Hüseyn Xorasaninin yaradıcılığı, Xətai, M. F. Axundov və bir sıra başqa monoqrafiyaların və ədəbiyyatşünaslıq tədqiqatlarının müəllifidir. İ. Melikoffun səyi nəticəsində Strasburq universitetində türk şöbəsi yaradılmışdır. Sonradan İren xanımın direktor olduğu həmin şöbə elmi-tədqiqat institutuna çevrilmişdir. Bu institutda Azərbaycan mədəniyyətini öyrənən mərkəz yaradılmışdır. 1966-cı ildə İ. Melikoff "Türkika" adlı jurnal nəşr edərək burada fransız oxucularını türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanış edir. Bu jurnalda Anarın, Çingiz Hüseynovun, Sara Aşurbəylinin, Tofiq Məlikovun və bir sıra başqa azərbaycanlı müəlliflərin əsərləri çap olunmuşdur.
Melikoff İren xanım Fransa və Azərbaycan mədəniyyət əlaqələri mərkəzinin sədri olmuşdur.

Məsud Əfəndiyev
Riyaziyyatçı, professor. M. Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) davam etdirmişdir.
O,Hal-hazırda Almaniyada yaşayır. Münhen, Ştuttqart, Berlin universitetlərində dərs demişdir. H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiridir. M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt adına mükafata layiq görülmüşdür. O, bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır. 2005-ci ildə isə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatına layiq görülmüşdür. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir

Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov 
Görkəmli fizik, fizika-riyaziyyat elmləri doktorudur. Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin bitirmişdir. Hal-hazırda Dubna şəhərində (Rusiyada) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır.

Atakişiyev Natiq Məmməd oğlu
Riyaziyyatçı alim, professordur. Bakı Dövlət Universitetini bitirmişdir. Meksikada Riyaziyyat İnstitutunuda calışır.

Tofiq Davud oğlu Məlikov
Tənqidçi, ədəbiyyatşünas. Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsində təhsil almışdır (1960-1965). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir (1965). SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasmda təhsilini davam etdirmişdir (1965-1969). 1976-1978-ci illərdə Türkiyədə işləmişdir. 1991-1994 illərdə Türkiyədə İstanbul universitetinin ədəbiyyat fakültəsinin professoru işləmişdir. Moskvada Dünya Ədəbiyyatı İnstitutunda (MDƏİ) aparıcı elmi işçi olmuşdur (1994-cü ildən). Hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur. Eyni zamanda Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidentidir (1991).

Sabir Məcid oğlu Hüseynzadə
Görkəmli riyaziyyatçı alim Moskva Dövlət Universitetinin (MDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Hal-hazırda həmin fakültənin ali həndəsə və topologiya kafedrasının professorudur. Moskva Riyaziyyat Cəmiyyətinin (MRC) katibidir.

Fərman Qurban oğlu Salmanov
Geoloq alim, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiysının ( REA) müxbir üzvü, Lenin mükafatı laureatı, Sosialist Əmək Qəhrəmanıdır (SƏQ).F. Salmanov 1954-59-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, baş geoloq, neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1959-62-ci illərdə Surqut Neft-kəşfiyyat ekspedisiyasının rəisi, 1969-70-ci illərdə Tümen Baş geologiya idarəsinin baş geoloqu, 1978-ci ildən bu baş idarənin rəisi olur. 80-ci ilin sonu 90-cı illərin əvvəlində F. Q. Salmanov SSRİ Geologiya Nazirinin birinci müavini işləyir. Onun rəhbərliyi altında Surqutda, Salımskda, Pravdinskda, Mamontovskda, Somotlorda, Urenqoyda, Qərbi Sibirin başqa yerlərində 20 Neft və Qaz yatağı aşkar edilmişdir. F. Q. Salmanov neft və qaz Geologiyası məsələləri ilə bağlı bir sıra elmi işlərin müəllifidir. Habelə "Neft və Qaz yataqlarının formalaşma şəraiti və paylanma qanunauyğunluğu", "Qərbi Sibir Neft və Qazının Geologiyası", "Böyük Neft və Qaz yataqlarının yer qabağında paylanma qanunauyğunluğu", "Axtarışın sürətləndirilməsi" onun fundamental əsərləridir.  

Oqtay Murad oğlu Qasımzadə 
fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin ümumi topologiya və geometriya kafedrasının müdiridir.

Qaraxan Ağaxan oğlu Mirzəyev
- fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin riyazi analiz kafedrasının professorudur.

Çingiz Həsən oğlu Hüseynov
filologiya elmləri doktoru, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nəzdində Mədəniyyət və İncəsənət İşçilərinin Təkmilləşdirmə İnstitutunun professorudur.

Mahir Cəfər oğlu Məmmədov
biologiya elmləri doktoru, professor. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin A.N. Belozerski adına Fiziki-kimyəvi biologiya İnstitutunda çalışır.

Süleyman İfxan oğlu Allahverdiyev
biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisidir.

Mahmud Aşıq oğlu Bəşərov
fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun baş elmi işçisidir.

Əminulla Əbdülqafur oğlu Zərgərov
biologiya elmləri namizədi, Şemyakina-Ovçinnikova adına Bioüzvi Kimya İnstitutunun aparıcı elmi işçisidir. 

Məmməd Cavad oğlu Əliyev
tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının akademiki. Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin elmi və müalicə işləri üzrə direktor müavini və şöbə müdiridir.

Aleksandr Həbib oğlu Həbibov
kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Şemyakina-Ovçinnikova adına Bioüzvi Kimya İnstitutunda bölmə rəhbəridir.

İsmayıl Zülfüqarov
dosent (associated professor). İş yeri: Department of molecular biology, Pusan National University, Busan, Korea. 

Tərlan Məmmədov
botexnologiya üzrə mütəxəssis. İş yeri: Franhofer USA center for molecular biotechnology, 9 Innovation Way, Suite 200, Newark, USA  

Vidadi Yusifov
botexnologiya üzrə mütəxəssis. İş yeri: Franhofer USA center for molecular biotechnology, 9 Innovation Way, Suite 200, Newark, USA  

Tahir Məhəmməd oğlu Qasımov-
dosent (associated professor). İş yeri: Department of pathobiology, Lerner Research Institute, Cleveland Clinic, Cleveland, Ohio, USA.

Qərib Mürşüdov
bioloq, qrup rəhbəri. İş yeri:Structural Biology Laboratory, Department of Сhemistry, University of York, Heslington, York, England.

Mübariz Zəfər oğlu Qarayev
riyaziyyatçı, aparıcı elmi işçi. İş yeri: researcher in Institute of Mathematics, Universidad Nacional Autonoma de Mexico, Mexico.

Nazim Baxış oğlu Kərimov
riyaziyyat fakültəsinin professoru. İş yeri: University of Mersin, Mersin, Turkey

Fərhad Hüseynov
iqtisadiyyat fakültəsinin professoru. İş yeri: Bilkent University, Turkey

Azər Əlikərim oğlu Kərimov
riyaziyyat fakültəsinin dosenti. İş yeri: Bilkent University, Turkey  

Fikrət Tofiq oğlu Məmmədov
dosent (associated professor). İş yeri: Department of Photochemistry and Molecular Science, Ångström Laboratory, Uppsala University, Uppsala, Sweden.

Yaqut Allahverdiyev
bioloq tədqiqatçısı. İş yeri: Laboratory of Plant Physiology and Molecular Biology, Department of Biology, University of Turku, Finland.

Nizami Ədil oğlu Məhərrəmov
Elmtutmlu texnologiyalar üzrə Rusiya Elmlər Akademiyasının akademiki. 




Oxunub: 246538