Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “Vətən uğrunda” medalı   

“Vətən uğrunda” medalı

  


«Vətən Uğrunda» medalının təsviri


«Vətən uğrunda» medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca «Vətən uğrunda» sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır. Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq palıdı tonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27mm x 9 mm ölçülü qəlib əlavə olunur.




Oxunub: 387241