Baş səhifə
» AVROVİZİYA
» Azərbaycan Avroviziyada
Azərbaycan Avroviziyada“Avroviziya” mahnı müsabiqəsinin yaranma tarixi Vaxt ötdükcə müsabiqədə iştirak etmək istəyənlərin sayı artdı və onların eyni zamanda çıxış etmələri mümkünsüz oldu. Bu səbəbdən yaxşı nəticə göstərməyən ölkələrin müsabiqədən kənarlaşdırılması qərarı qəbul edildi. Ancaq 2004-cü ildə AYİ üzvlərinin hamısının yarışmada iştirak etməsi üçün müsabiqə yarımfinal və final hissələrə bölündü. Bu mahnı yarışmasında İrlandiya 7 dəfə, Birləşmiş Krallıq, Fransa və Lüksemburq ayrılıqda 5 dəfə qələbə çalmışdır. Müsabiqənin adı Avropa Yayım İttifaqına (AYİ) məxsus olan “Avroviziya” teleproqramı adlanır. Müsabiqəni əksər hallarda sadəcə «Avroviziya» da adlandırırlar. Avroviziyanın rekordunda ən çox balla birinci olan ölkə Norveçdir. Avroviziyanın ən gənc qalibi 1986-cı ildə 13 yaşlı Belçika nümayəndəsi Sandra Kim olub. Bu yarışmanın ən yaşlı qalibi isə 2003-cü ildə Türkiyəni təmsil edən 38 yaşlı Sərtab Ərənərdir. Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində iştirakı Azərbaycan- Avroviziya Mahnı Müsabiqəsində (AMM) ilk dəfə 24 may 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən- 53-cü müsabiqədə iştirak etmişdir. Həmin müsabiqədə 132 xal toplamış Azərbaycan (ifaçılar-Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə) 43 ölkə arasında 8-ci yeri tutmuşdur. II iştirak 16 may 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş 54-cü müsabiqədə Azərbaycan (ifacılar Aysel Teymurzadə və Araş “Always” mahnısı ilə) 207 xal toplayaraq 42 ölkə arasında 3-cü yeri tutmuşdur. III iştirak 29 may 2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş 55-ci müsabiqədə Azərbaycan (ifaçı Safura Əlizadə “Drip Drop” mahnısı ilə) 145 xal toplayaraq 39 ölkə arasında 5-ci yeri tutmuşdur. IV iştirak 14 may 2011-ci il Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı Avroviziya Mahnı Müsabiqəsində (AMM) Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti “Ranning Scared” mahnısı ilə 221 xal toplayaraq 43 ölkə arasında birincilik qazanaraq müsabiqənin qalibi oldu. V iştirak 26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində (AMM) Azərbaycanı təmsil edən Səbinə Babayeva “When The Music Dies” mahnısı ilə 150 xal toplayaraq 42 ölkə arasında 4-cü yeri tutmuşdur. “Avroviziya” mahnı müsabiqəsinin Azərbaycanda yayımı Azərbaycan teleməkanında Eurovision Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildən yayımlanmışdır. Müsabiqənin Azərbaycanda yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTRYŞ) məxsusdur.
|