Baş səhifə
» AVROVİZİYA
» Viza prosedurlarının sadələşdirilməsi haqqında
Viza prosedurlarının sadələşdirilməsi haqqındaPrezident İlham Əliyevin 2012-ci il 10 fevralda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avroviziya-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yeni fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Müəyyən edilsin ki, Bakı şəhərində keçiriləcək “Avroviziya -2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər. 2.1. “Avroviziya -2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; 2.2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; 2.3.
“Avroviziya -2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. 3.1.
“Avroviziya -2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək; 3.2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi: 5.1. “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin; 6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 fevral 2012-ci il.
|