Baş səhifə    » PULLAR    » Xatirə sikkələri   

Xatirə sikkələri

  

1992-2010-cu illərdə dövriyyəyə buraxılmış xatirə sikkələri

Məhəmməd Füzulinin xatirəsinə həsr olunmuş qızıl və gümüş sikkə
1996-cı ildə ilk dəfə olaraq Milli Bank tərəfindən Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyinə həsr olunmuş 100 manat dəyərində qızıl və 50 manat dəyərində gümüş xatirə sikkələri buraxılmışdır. 
Xatirə sikkələrinin üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur “Leyli və Məcnun” poemasından bir səhnə əks etdirilmişdir. Xatirə sikkəsi Böyük Britaniyanın Kral Sikkəxanasında yüksək beynəlxalq standartlarına uyğun şəkildə hazırlanmışdır.

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş qızıl və gümüş sikkələr
1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş 100 Manat dəyərində qızıl, 50 Manat dəyərində gümüş xatirə sikkələri buraxılmışdır. Xatirə sikkəsi Ukrayna Respublikası Milli Bankının sikkəxanasında yüksək beynəlxalq standartlara uyğun şəkildə hazırlanmışdır.
 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş platin, qızıl və gümüş sikkələr
Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycanın ümumilli lideri  Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına  əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə platin, qızıl və gümüş xatirə sikkələri buraxmışdır. 
Xatirə sikkələrinin üz tərəfində Heydər Əliyevin portreti, portretin sağ  tərəfində “Heydər  Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılmışdır. 
Xatirə sikkələri  İngiltərənin “Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanmışdır. 
Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıldığı il “2004-cü il”, xəritənin  ətrafında dairəvi şəkildə üst hissəsində “Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə-lərinin nominalı göstərilmişdir. 
Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir. 


Yeni qəpiklərin qızıl dəsti
2006-cı ildə  həyata keçirilən denominasiya prosesləri ilə əlaqədar yeni dövriyyəyə buraxılacaq 
qəpiklərin dizaynına uyğun qızıl xatirə sikkələri dəstinin hazırlanması  məqəsədilə Avstriyanın “Austrian Mint” sikkəxanası ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 2005-ci ildə 50 ədəd xüsusi qızıl xatirə dəsti hazırlanmışdır. 


Futbol üzrə dünya çempionatına həsr olunmuş gümüş sikkə
2006-cı ildə Almaniyada keçirilmiş futbol üzrə dünya çempionatına həsr olunmuş 50 manat nominallı gümüş xatirə sikkələrini Polşanın “Polish Mint” sikkəxanasında istehsal edərək tədavülə buraxmışdır. 
Xatirə sikkəsinin üz tərəfində futbolçuların təsviri və “2006 FIFA World Cup Germany” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri “Azərbaycan Respublikası” sözləri və sikkənin nominalı  təsvir olunmuşdur. Gerbin alt tərəfində xatirə sikkəsinin buraxılış ili “2004”  əks olunmuşdur. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal 
dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 


Heydər Əliyevin 85 illiyinə həsr olunmuş qızıl sikkə
2008-ci ildə Heydər  Əlirza oğlu  Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint  şirkətində nominalı 100 manat olan qızıl xatirə sikkələri sifariş edilərək dövriyyəyə buraxılmışdır. 
Xatirə sikkəsinin üz  tərəfində ümummilli lider Heydər Əliyevin portreti, 
arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilmişdir. 
Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıldığı il “2008-ci il”, və “Azərbaycan Respublikası” sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. 
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 


2008-ci ildə mədəniyyət seriyası  çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin, dahi opera müğənnisi, vokalist Bülbülün və dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə  həsr olunmuş 100 manat dəyərində  qızıl xatirə sikkələri istehsal olunaraq tədavülə buraxılmışdır. Xatirə sikkələri Avstriyanın “Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilmişdir. 

Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş qızıl sikkə
Xatirə sikkəsinin üz tərəfində dahi Azərbaycan şairi N. Gəncəvinin portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunmuşdur. 
Portretin ətrafinda xatirə sikkəsinin buraxıldığı il “2008-ci il”, və “Azərbaycan Respublikası” sözləri, şairin adı və xatirə sikkəsinin nominalı göstərilmişdir. 
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 


Bülbülün xatirəsinə həsr olunmuş qızıl sikkə 
Məşhur vokalist Bülbülün portretinin ətrafinda xatirə sikkəsinin buraxıldığı il “2008-ci il”, və “Azərbaycan Respublikası” sözləri, vokalistin adı və xatirə sikkəsinin nominalı göstərilmişdir. 
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.


Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş qızıl sikkə
Xatirə sikkəsi Azərbaycanın dahi bəstəkari, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdur. 
Portretin ətrafinda xatirə sikkəsinin buraxıldığı il “2008-ci il”, və “Azərbaycan Respublikası” sözləri, bəstəkarın adı və xatirə sikkəsinin nominalı göstərilmişdir. 
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 



Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş xatirə sikkəsi 
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi münasibətilə buraxılmışdır. 
Xatirə sikkəsi Avstriyanın “Austrian Mint” sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. 
Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.




Oxunub: 186934