Baş səhifə
» PULLAR
» Sovet dövrü pulları
Sovet dövrü pulları1920-ci il 28 aprel tarixdə bolşevik Rusiyasının Azərbaycanı istila etməsi nəticəsində dövlətin müstəqilliyi formal olaraq Azərbaycan Sovet Sosialist Respublikası adı ilə saxlanılsa da, ölkənin mövcud pulkredit sistemi məhv edildi. Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı.
Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) 1920-ci ilin mayından 1923-cü ilin martına kimi dövriyyəyə buraxılmış pul vahidləri tam dolğunluğu ilə Azərbaycan Tarixi Muzeyində saxlanılır. Azərbaycan SSR-in 1920-ci ildə dövriyyəyə buraxılmış birinci pul vahidi böyük formatda çap olunan 100 manat dəyərindədir. Bu nominal I-IV seriya ilə tədavülə buraxılırdı. 1920-ci ildə ikinci pul emissiyası həyata keçirildi. Bu emissiya 5 manat (iki variantda), 100 manat (iki variantda) və 1000 manat (kiçik variantda) pul vahidlərindən ibarət idi. 1922-ci ildə bu buraxılış dörd yeni pul vahidi - 5000, 10000, 25000, 50000 manat (iki variantda) ilə davam etdirildi. 1921-ci ildən başlayan iqtisadi böhran 1922-ci ildə daha böyük sahələri əhatə etdiyindən, pul alıcılıq qabiliyyətini sürətlə itirməyə, dəyərsizləşməyə başladı. Güclü inflyasiyaya məruz qalan Azərbaycan SSR hökuməti dövriyyəyə daha iri pul vahidləri buraxmağa məcbur oldu. Beləliklə, 1922-ci ildə pul dövriyyəsinə üç yeni kağız pul - 100000 (üç variantda), 250000 (iki variantda) və 1000000 rubl 1923-cü ilin əvvəlində isə 5000000 rubl əlavə olundu. 1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSFSR) təşkil olundu. 1922-ci ilin dekabrın 30-da isə ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə qatıldı. ZSFSR-in İttifaq Şurasının 1923-cü il 10 yanvar tarixli Dekreti ilə Zaqafqaziya vahid pul sisteminə keçdi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. 1923-1924-cü illərdə Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) pul vahidləri dövriyyədə olmuşdur. ZSFSR-də "ulduz" su nişanlı kağızlarda həyata keçirilmişdi. Emissiyaya 5000, 10000, 50 000, 100 000, 250 000, 500 000 və 1 000 000 manat, yenə həmin ildə "ulduz" su nişanlı kağızlarda çap olunan ikinci buraxılışa 5000 manatdan başlayaraq 10 000, 50 000, 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000 və 10 000 000 rubl - manatlıq nominallar və üçüncü buraxılışa isə xüsusi nişanı olmayan kağızlarda çap olunmuş 10000 manatdan başlayaraq 25 000, 50 000, 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000 və 10 000 000 manatlıq nominallar daxil edilmişdir. 1922-1923-cü illərdə Zaqafqaziya respublikalarında günü-gündən şiddətlənən təsərrüfat böhranı və hədsiz inflyasiyanın nəticəsi olaraq, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə dövriyyəyə daha böyük pul vahidləri buraxıldı. ZSFSR-in sonuncu IV pul buraxılışına 25 milyon rubl-manatdan başlayaraq 50, 75, 100, 250 milyon rubl-manat və 1, 10 milyardlıq pul vahidləri daxildir. Dünya pul tədavülü tarixində 10 milyardlıq pul vahidinə yalnız bir dəfə, ZSFSR pul dövriyyəsində rast gəlinmişdir. İqtisadi durumu digər Cənubi Qafqaz respublikalarına nisbətən yüksək olan Azərbaycanda yerli manat ZSFSR-in alternativ pul vahidindən bir qədər üstün tutulurdu. Bu iki pul qrupu ASSR-də hökumət tərəfindən təyin edilmiş xüsusi mübadilə kursu ilə işlədilirdi. Bu son emissiyanın pulları iki növdə: saxtalıqdan qorunmaq üçün tətbiq olunan su nişanlı kağızlarda və xüsusi nişanı olmayan kağızlarda (25 000 000, 75 000 000) çap olunmuşdur. 1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi yaradıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə "suveren" respublika kimi daxil oldu. Müһaribədən sonra, 1947-ci ilin dekabrında pul islahatı keçirildi, məһsul bölgüsünün kartoçka sistemi ləğv olundu və dövlət-kooperativ pərakəndə ticarətinin yeni vaһid qiymət səviyyəsi müəyyən edildi. Tədavüldəki bütün pul nişanları 10:1 nisbətində yeni pul işanları ilə dəyişdirildi. Manatın xarici valyutaya olan məzənnəsi bilavasitə qızıl əsasında müəyyən edilməyə başladı, onun səviyyəsi artdı; sonralar qiymət miqyası dəyişdirildi. 1961-ci il yanvarın 1-dən tədavüldəki pul nişanları 10:1 nisbətində yeni pul nişanları ilə əvəz olundu. Manatın yeni qızıl tərkibi (0,987412 q. qızıl) müəyyən edildi.
|