Baş səhifə    » XALÇAÇILIQ    » Məşhur xalçalar   

Məşhur xalçalar

  


Azərbaycan dünyada xalçaçılığın əsas mərkəzlərindən biri hesab olunur. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhur olub. İndi də bu xalçalar dünya muzeylərinin ən qiymətli eksponatı hesab olunur. "Vərni" və "Əjadahalı xalça" da belə məşhur xalçalardandır.

“Vərni” xalçaları 

“Vərni” xovsuz xalça növlərindən biridir. Vərni xalçaları Azərbaycanın Qarabağ bölgəsində yaranmışdır. Sonralar Muğana və Cənubi Azərbaycana (xüsusən Qaradağ mahalının Vərziyan obasında məşhurdur) yayılmışdır. Vərni toxunma xüsusiyyətlərinə görə kilimə və xalıya oxşayır. Buna görə də digər xalça növlərindən fərqlənir. Yüngül olduğu üçün vərnilərdən adətən pərdə, yük üzü və çadırların dekorativ bəzəyi kimi istifadə olunur. 

“Əjdahalı” xalça

“Əjdahalı xalça” növü Azərbaycanın Qarabağ və Qazax bölgələrində xüsusilə geniş yayılmışdır.
Bu xalçalar elmi ədəbiyyatda  «səlcük» da adlanır. Mütəxəssislərin fikrincə, xalçalarda əjdaha təsviri ilk olaraq Qarabağ xalça toxuculuğuna aiddir. “Əjdahalı xalça”lar Berlin İncəsənət Muzeyində, Nyu-Yorkun məşhur Metropolitan muzeyində qorunub saxlanılır.



Oxunub: 232284



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on