Baş səhifə    » XALÇAÇILIQ    » Xalçaçılıq məktəbləri   

Bakı məktəbi

  


Bakı xalçaçılıq məktəbi özündə Novxanı, Fatmai, Nardaran, Bülbülə, Mərdəkan kəndlərini cəmləşdirir. Onlar parçanını yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib.
Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Bakı məktəbi Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşidlər daxildir.




Oxunub: 627501



Azərbaycan Televiziyaları
İnternet Radio