Baş səhifə    » Əliyar bəy Haşımbəyov    »   

Əliyar bəy Haşımbəyov

  


Əliyar bəy Mehdi bəy oğlu Haşımbəyov - (1856-1920) – general-mayor
Əliyar Haşımbəyov Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918-1919) olmuşdur.
General-mayor Əliyar bəy Haşımbəyov ilk təhsilini ədadiyə (realnı) məktəbində almış, 1871-ci ildə Tiflisdəki piyadalar məktəbinə daxil olmuşdur. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində - 1908-ci il dekabrın altısında general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür.
1919-cu ildə Azərbaycan xalq cumhiriyyətinin Hərbi İndendant İdarəsinin rəsisi vəzifəsində xidmət göstərmişdir. Azərbaycanda 1920-ci il 27-28 aprel işğalından sonra təqib olunub sovet hakimiyyətinin əaas cəza orqanlarından biri-Xİ ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş, istintaq işgəncələrinə məruz qalaraq sabiq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də güllələnmişdi.



Oxunub: 405057



Azərbaycan Televiziyaları
İnternet Radio