Baş səhifə    » DİASPORA    » Xaricdəki diaspor təşkilatları   

Xaricdəki diaspor təşkilatları

  


Avropa ölkələri 
2004-cü il aprel ayının 17-də Almaniyanın paytaxtı Berlində "Avropa Azərbaycanlıları Konqresi"nin (AAK) təsis edilməsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Dünyanın 28 ölkəsində 50-dən artıq diaspor təşkilatı - Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmaları AAK-ın kollektiv üzvləridir. Regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarmı təmin etmək konqresin əsas vəzifələrindəndir. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdir. Təşkilat Avropada, MDB-də və digər regionlarda fəaliyyət göstərən diaspor qurumları ilə əməkdaşlıq edir.

Almaniya
Azərbaycan diasporunun ən geniş təmsil olunduğu Avropa ölkələrindən biri Almaniyadır. 1988-ci ildən bu ölkədə fasilələrlə onlarla cəmiyyət fəaliyyət göstərmiş, bir çoxu bu gün də işini davam etdirir. "Azərbaycan-Almaniya Cəmiyyəti" 1988-ci ildə Berlin şəhərində yaradılmışdır. Berlində "Azərbaycan-Alman Akademiyası" (1986), "Azərbaycan Kültür Ocağı" və onun nəzdində "Savalan" jurnalı, "Ocaq" Cəmiyyəti (1988), "Odlar Yurdu" Mədəniyyət və Təhsil Cəmiyyəti, Bonn şəhərində "Azərbaycan Kültür Ocağı", Düsseldorf şəhərində "Alman-Azərbaycan Cəmiyyəti" (1991), Frankfurt şəhərində "Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti", Köln şəhərində "Azərbaycan Kültür Cəmiyyəti" (1990), Nürnberq şəhərində "Azərbaycan Kültür Dərnəyi" (1990), Limburq şəhərində "Azərbaycan Evi" (1997) və s. diaspor təşkilatları Azərbaycan Respublikası ilə Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin inkişafında yaxından iştirak etmişlər. 1996-cı ildə Almaniyadakı Azərbaycan cəmiyyətləri vahid strukturda - "Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası"nda (AACF) birləşmişlər. Federasiyanın əsas məqsədi diaspor təşkilatları arasında əlaqələri daha da gücləndirməkdir. 1999-cu il avqustun 21-22-də AACF-nin Bonnda 1-ci qurultayı keçirilmişdir. 2004-cü ilin oktyabrında Berlin şəhərində "Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu" fəaliyyətə başlamışdır. Eyni zamanda, alman və Azərbaycan dili kursları açılmış, kompyuter savadı və musiqi dərsləri tədris olunmağa başlamışdır.

Böyük Britaniya
Böyük Britaniyada azərbaycanlıların ilk nümayəndələri XX əsrin ortalarından məskunlaşmağa başlayıblar. Hazırda Londonda xeyli sayda azərbaycanlı yaşayır və güclü diaspor təşkilatları fəaliyyət göstərərir. Azərbaycan-İngiltərə Cəmiyyəti, Avropa-Azərbaycan Cəmiyyəti və Azərbaycan Gənclər Klubunun fəalları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, azərbaycanlıların təşkilatlanması, Qarabağ probleminin həlli istiqamətində atılan addımların geniş vüsət alması istiqamətində işlər görürlər. Londonda azərbaycanlı uşaqların öz dilini unutmaması üçün Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bundan başqa, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ingilis dilində "Visions of Azerbaiyan" jurnalı dərc olunur. Təşkilat mütəmadi olaraq Qarabağla, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir, problemlərin avropalılara çatdırılması üçün səy göstərir.

Fransa
Fransada Azərbaycan mühacirətinin ilk nümayəndələri (Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b.) XX əsrin birinci rübündə fəaliyyətə başlasa da, mütəşəkkil diaspor təşkilatlarının formalaşması son 15-20 ilə təsadüf edir. Fransada bir neçə milli mədəniyyət mərkəzləri, o cümlədən, "Azərbaycan Evi" Assosiasiyası fəaliyyət göstərir. 2003-cü ilin noyabrında azərbaycanlı tələbələr və gənclər tərəfindən "Azərbaycan-Fransa Gənclik Assosiasiyası" (AFGA) yaradılmışdır. Cəmiyyətin məqsədi ölkədə fəaliyyət göstərən azərbaycanlı tələbə təşkilatlarının işini əlaqələndirməkdir. 2004-cü ildən assosiasiyanın "Körpü-Le Pont" jurnalı nəşr olunur.

İsveç
İsveçdə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti 1980-85-ci illərdə İran İslam Respublikasından mühacirət etmiş azərbaycanlılardır. 2001-ci ildə "Azərbaycan - İsveç Komitəsi" yaradılmışdır. Cəmiyyətin işində bir sıra nüfuzlu İsveç vətəndaşı da iştirak edir. Ölkədə Cənubi Azərbaycandan mühacirət etmiş azərbaycanlılar 2000-ci ilin iyununda "Azərbaycan - İsveç Federasiyası"nı təsis etmişlər. Cəmiyyət Azərbaycanla bağlı 14 icmanı, o cümlədən, "Ərk", "Ulduz", "Tribun", "Savalan" və s. birləşdirir. 

Avstriya
Avstriyada 2002-ci ilin oktyabrında “Azərbaycan akademik dərnəyi" yaradılmışdır. Cəmiyyət Azərbaycan Respublikasının dövlət strukturları, ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir.

Niderland Krallığı
Niderland Krallığında fəaliyyət göstərən "Azərbaycan-Niderland Cəmiyyəti" 2003-cü ilin avqustunda yaradılmışdır. Təşkilatın 2004-cü ildən "Benilüks" qəzeti nəşr olunur. Niderland Krallığının Den-Haaq şəhərində 1993-cü ildən "Azərbaycan Türk Kültür Dərnəyi" fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının ölkə ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra konkret işlər görmüşdür.

Amerika Birləşmiş Ştatları
Azərbaycan mühacirətinin ən geniş təmsil olunduğu ölkələrdən biri ABŞ-dır. Burada yaşayan azərbaycanlıların sayı haqqında dəqiq məlumatlar olmasa da, müxtəlif mənbələrdə onların sayı 400 mindən 1 milyona qədər göstərilir. ABŞ-ın Los-Anceles şəhərində 1997-ci ildə yaradılmış "Dünya Azərbaycanlıları Konqresi" (DAK) yalnız Amerika ərazisində deyil, dünyanın müxtəlif ölkələrindəki Azərbaycan cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyə çalışır. 1970-ci ildə ABŞ-da yaranmış "Amerika-Türk Assosiasiyalar Assambleyası"nın (ATAA) Amerika və Kanadada 57 şöbəsi fəaliyyət göstərir. ATAA bir sıra dövri nəşrlər, o cümlədən, "The Turkish World" jurnalını (1989) dərc etdirir. ATAA Türkiyə və Türk-Amerika icmalarının keçirdiyi forumlarında yaxından iştirak edir, digər icmalarla sıx əlaqə yaradır.

Kanada
2005-ci il aprelin 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada-Azərbaycan Qadınlar Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, KanadaAzərbaycan Alyansının iştirakı ilə Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı keçirilmişdir.

Avstraliya və Yeni Zelandiya
Bu ölkələrdə təqribən 10 min azərbaycanlı yaşayır. Avstraliyada "Azərbaycanlılar Cəmiyyəti" (1996, Sidney) və "Avstraliya-Azərbaycan Cəmiyyəti" (2003, Sidney), Yeni Zelandiyada isə "Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti" (2004, Oklend) fəaliyyət göstərir. Azərbaycanlıların əksəriyyəti İran və Türkiyədən köçmüş mühacirlərdir.

Orta Asiya Respublikaları

Qazaxıstan
Rəsmi məlumatlara görə, Qazaxıstanda təqribən 106 min azərbaycanlı yaşayır. Onlar, əsasən, Cambul, Çimkənd, Almatı, Taldı-Kurqan vilayətlərində məskunlaşmışlar. "Turan" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (1993) təşəbbüsü ilə Almatıda "Ozan" Mədəniyyət Cəmiyyəti, digər vilayətlərdə (Kustanay, Cambul, Taldı-Kurqan, Petropavlovsk) diaspor təşkilatları yaradılmışdır. 1992-ci ildən Qazaxıstan dövlət radiosunda Azərbaycan dilində "Dostluq" proqramı, 2002-ci ildən azərbaycanlıların Bazar günü məktəbi fəaliyyət göstərir. "Turan" öz işini Qazaxıstan ərazisində fəaliyyət göstərən 17 Azərbaycan cəmiyyəti ilə ("Qobustan" - Almatı, "Dostluq" - Aktyubinsk vilayəti, "Novruz" - Atırausk vilayəti, "Azəri" - Cambul vilayəti, "Vətən" və "Azərbaycan" - Pavlodar vilayəti və s.) ilə birlikdə qurur.

Özbəkistan
Özbəkistan Respublikasında fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası" 2003-cü ilin yanvarında təsis edilmişdir. Cəmiyyətin nəzdində "Azəri" qızlar rəqs ansamblı fəaliyyət göstərir. Kollektiv 2003-cü ildə Özbəkistanda keçirilən dostluq və mədəniyyət festivalının laureatı olmuşdur. Daşkənd şəhərində "Qardaşlıq" Azərbaycan Mədəniyyəti Mərkəzi, "Azərbaycan Evi" də fəaliyyət göstərir. "Azərbaycan Evi"ndə ana dili və kompyuter üzrə siniflər; güləş zalı; kitabxana; Heydər Əliyev adına muzey; "Azərbaycan xalqına qarşı genosid" ekspozisiyası mövcuddur.

Qırğızıstan 
Qırğızıstan Respublikasında yaşayan azərbaycanlıların "Azəri" ictimai təşkilatı 1992-ci ildə yaradılmışdır. Ölkədə təqribən 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti XX əsrin 30-cu illərində repressiyalar zamanı sürgün edilmiş Azərbaycan vətəndaşlarıdır. "Azəri" cəmiyyəti yarandığı gündən qarşısına həmvətənlərin hüquqlarmı qorumaq, Qırğızıstanın ictimai həyatında aktiv iştirak etmək, tarixi vətənlə mütəmadi əlaqələr saxlamaq məqsədini qoymuşdur. Qırğızıstan Milli Teleradio Şirkəti nəzdində "Azəri" şöbəsi fəaliyyət göstərir. Bişkek şəhərində azərbaycanlı uşaqlar üçün Bazar günü məktəbi açılmış, "Ulduzlar" folklor özfəaliyyət ansamblı yaradılmışdır.

Rusiya Federasiyası (RF)
Rusiya ərazisində yaşayan azərbaycanlıların ümumi sayı 3 milyona yaxındır. Ölkədə fəaliyyət göstərən ən güclü Azərbaycan diaspor təşkilatı "Ümumrusiya Azərbaycanlıları Konqresi"dir. 2001-ci il 5 mart tarixli təsis qurultayında Rusiya və Azərbaycanın yüksək dövlət rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yaradılan konqres Rusiya Federasiyası ərazisində millətlərarası barışığın və vətəndaş sülhünün möhkəmləndirilməsi, Rusiya dövləti ilə Azərbaycan Respublikası arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişaf etməsi və dərinləşməsi prosesinə yardım göstərməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycanlıların milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarının, sosial təminatının müdafiəsi, Rusiya ərazisində yaşayan digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmət ÜAK-ın başlıca vəzifələrindəndir. Eyni zamanda, konqres Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin, siyasi əlaqələrin inkişaf etdirilməsi istiqamətində real addımlar atmışdır. Rusiya ərazisində yaşayan azərbaycanlıların bir çox görkəmli nümayəndəsi konqresin işinə cəlb olunmuşlar: Rusiya Federasiyasının 73 subyektində təşkilatın regional şöbələri fəaliyyət göstərir. Bundan əlavə, digər milli cəmiyyət və icmalar ÜAK-ın kollektiv üzvləridir: "Ocaq" Mədəniyyət Mərkəzi (Moskva), "Azərbaycan" Cəmiyyəti (Moskva), "Azərbaycan-türk xalqları" (Kirov vilayəti), "Nizami" Cəmiyyəti (Ulyanovsk), "Azəri-Dərbənd" (Dağıstan), "Odlar Yurdu" (Stavropol), "Abşeron" (Kalininqrad), "DostluqDrujba" (Tula), "Dalğa" (Perm), "Xəzri" (Novosibirsk), "Azərbaycan Mədəniyyət Mərkəzi" (Buryatiya), "Ozan" (Çelyabinsk), "Əhli-Beyt" (Moskva), Tver, Kostroma, Tümen vilayətlərində fəaliyyət göstərən milli-mədəni muxtariyyətlər və s. Eyni zamanda, RF-nın Şimal-Qərb, Volqaboyu, Ural, Sibir və Uzaq Şərq federal dairələrində yerli şöbələrin fəaliyyətlərini əlaqələndirmək məqsədilə ÜAK-ın dairə şuraları yaradılmışdır. Konqresin mərkəzi strukturuna "İqtisadi İnkişaf Fondu", "Hüquqi Müdafiə Mərkəzi", "Азербайджанский Конгресс" qəzeti də daxildir. Rusiya ərazisində azərbaycanlıların ilk teleradio şirkəti, RF-də verilişlərini milli dildə yayımlayan "İnter-Azərbaycan" şirkəti, "Millətin səsi", "Asudə vaxt" qəzetləri, "İrs" elmi-publisistik jurnalı, "Azərbaycan" kommersiya-sərgi mərkəzi də ÜAK-ın yardımı ilə fəaliyyət göstərir. Azərbaycan diasporunun Rusiya ərazisindəki strukturlarından biri də 1999-cu il oktyabrın 1-dəqeydiyyatdan keçmiş "Azərros" Federal Milli-Mədəni Muxtariyyətidir (FMMM). Moskva, Tver, Yaroslavl şəhərlərində fəaliyyət göstərən regional milli-mədəni muxtariyyətlərin bazasında təşkil olunmuş cəmiyyətin məram və vəzifələri Rusiyada daimi və müvəqqəti məskunlaşan azərbaycanlıları mütəşəkkil icma halında cəmləşdirmək, tarixi vətəndən kənarda milli mədəniyyətin, adət-ənənələrin qorunmasına yardımçı olmaq, Rusiyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların yerli mühitə adaptasiyasını, hüquqi müdafiəsini təşkil etməkdir. 2001-ci ildən təşkilatın "Азербайджанцы России" qəzeti nəşr olunur. Cəmiyyətin fəal dəstəyi ilə "Azərmediya" nəşriyyat evi, "Şəhriyar" ədəbi-ictimai məclisi fəaliyyət göstərir. FMMM-ə regional icmalarla (Moskva, Tver, Yaroslavl, Komi, Sankt-Peterburq, Kostroma şəhər şöbələri) birlikdə "Бакинец" cəmiyyəti və son zamanlar Volqoqrad, Saratov, Həştərxan, Voronej, Arxangelsk və Novosibirsk şəhərlərində yaradılmış milli mədəniyyət ocaqları da daxildir. Təşkilat Ukrayna, Moldova, Belarus, Estoniya, Qazaxıstan, Kanada və ABŞ-da fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə də əlaqələr yaratmışdır.
Rusiyada regional milli diaspor təşkilatları arasında özünün fəaliyyəti ilə seçilən cəmiyyətlərdən biri Sankt-Peterburq şəhərində 1999-cu ildə yaradılmış "Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti"dir. Rusiya Federasiyasının bu ikinci böyük şəhərində azərbaycanlıların sayı 1988-93-cü illər ərzində xüsusilə artmışdır. AMMM-in fəal dəstəyi ilə artıq bir neçə ildir ki, burada azərbaycanlıların Bazar günü məktəbi, "Çinar" uşaq rəqs ansamblı fəaliyyət göstərir. "Azəri" qəzeti və "Диалог цивилизаций" jurnalı nəşr olunur.

Ukrayna Respublikası
Avropada ən fəal diaspor təşkilatlarından biri də 1999-cu ilin martında yaradılmış "Ukrayna Azərbaycanlıları Konqresi"dir (UAK). Cəmiyyət Ukrayna ərazisində yaşayan azərbaycanlıların milli-mədəni ənənələrinin qorunmasında, sosial-iqtisadi və ictimai-siyasi problemlərin həllində mühüm rol oynayır. Ukraynanın 27 inzibati mərkəzində (Vinnitsa, Dnepropetrovsk, Donetsk, Jitomir, Lvov, Odessa, Poltava, Sevastopol, Ternopol, Xarkov, Xerson, Çerkassk, Çerniqov və digərləri) UAK-ın regional şöbələri vardır. Konqres fəaliyyət göstərdiyi ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müxtəlif ictimai-mədəni və xeyriyyə aksiyaları keçirir, Ukraynadakı digər diaspor mərkəzləri, ictimai və dövlət təşkilatları, xeyriyyə fondları ilə əməkdaşlıq əlaqələri qurur. Cəmiyyətin xətti ilə çernobılçılara, Zakarpatyedə təbii fəlakətlərdən, Donbass şaxtalarında baş vermiş qəzalardan ziyan çəkmişlərə, həmçinin uşaq evlərinə, internatlara, müharibə veteranlarına maddi yardım göstərilir. Konqresin nəzdində "Azərbaycan" ansamblı fəaliyyət göstərir. Cəmiyyətin bir sıra regional şöbələri nəzdində Bazar günü məktəbləri işləyir. Kiyevdə konqresin "Голос Азербайджана" qəzeti nəşr olunur. Konqresin təşəbbüsü ilə Azərbaycan və Ukrayna arasında tələbə mübadilələri, elmi müəssisələrin əməkdaşlığı haqqında müqavilələr imzalanmışdır. Konqres Azərbaycan və Ukraynanın dövlət və milli bayramlarının, tarixi günlərinin qeyd olunmasında, Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni tədbirlərində fəal iştirak edir.

Türkiyə Cümhuriyyəti
Türkiyə ərazisində 1991-2002-ci illərdə "İzmir Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi", "Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi", "Bursa Azərbaycan Evi Dərnəyi", "Kocaeli Azərbaycan Evi Dərnəyi", "Çanakkale Azərbaycan Evi Dərnəyi", "Balıkesir Azərbaycan Evi Dərnəyi", "Aydın Azərbaycan Evi Dərnəyi", "Muğla Azərbaycan Evi Dərnəyi", "Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi", "Antalya Azərbaycan Evi Dərnəyi", "Ankara Azərbaycan Kültür və Dayanışma Dərnəyi", "İğdır Azərbaycan Kültür və Dayanışma Dərnəyi", "Hatay Azərbaycan Türk Kültür Merkezi", "İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi", "Edirne Azərbaycan Evi Dərnəyi" və s. cəmiyyətlər yaradılmışdır. 2004-cü ilin mayında İskəndərun şəhərində Türkiyədəki Azərbaycan təşkilatlarmı özündə birləşdirən "Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası" (TADF) təsis olunmuşdur. Federasiya ölkənin 20-yə yaxın şəhərində (Ankara, İstanbul, İzmir, Balıkesir, Tire, Dörtyol, Çanaqqala, İqdır və s.) fəaliyyət göstərən "Azərbaycan Evi" cəmiyyətlərini əhatə edir. Qurum Türkiyədə Azərbaycan maraqlarmı təbliğ edir, Azərbaycan təşkilatlarının işini əlaqələndirir. Türkiyədəki Azərbaycan dərnəkləri fəaliyyət göstərdikləri bölgənin ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında fəal rol oynayırlar. "İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi" 2004-cü ilin yanvarından "Azərbaycan Dünyası" adlı jurnal buraxır. 



Oxunub: 97939



Azərbaycan Televiziyaları
İnternet Radio