Baş səhifə    » DİASPORA    » Azərbaycan diasporunun məskunlaşma coğrafiyası   

Azərbaycan diasporunun məskunlaşma coğrafiyası

  



Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Məlumdur ki, tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik azərbaycanlılar diaspor hesab olunmur.
Dünyanın digər ərazilərinə - Amerika qitəsinə (1300000 nəfər), Avropa qitəsinə (1500000 nəfər), Afrika qitəsinə (1200000 nəfər), Asiya qitəsinə (3250000 nəfər), Türkiyəyə (3000000 nəfər), Avstraliya qitəsinə və Okeaniyaya (10000 nəfər) müxtəlif zamanlarda köç etmiş soydaşların sayı 10 milyondan artıqdır və bu rəqəm ekspertlərin rəyinə görə, Azərbaycan diasporunun ümumi sayı kimi qəbul edilə bilər.

Azərbaycanlılar Amerika qitəsində: 
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı ABŞ-da 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar.  
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti Cənubi Azərbaycandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism azərbaycanlılar bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərmişdir.

Azərbaycanlılar Avropa qitəsində: 
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsasən, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

Azərbaycanlılar Asiya qitəsində:
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Azərbaycanlılar Afrika qitəsində:
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

Azərbaycanlılar Avstraliya qitəsində:
Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Dünyanın müxtəlif  ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən kimidir: (təxmini hesablamalara görə):
 

Ölkənin adı

Azərbaycanlıların sayı

1.

ABŞ

1.000.000

2.

Albaniya Respublikası

12.000

3.

Almaniya

300.000

4.

Avstraliya İttifaqı

8.000

5.

Avstriya Respublikası

19.000

6.

Argentina Respublikası

12.000

7.

Banqladeş Xalq Respublikası

170.000

8.

Belçika Krallığı

13.000

9.

Belarus Respublikası

6.600

10.

Birləşmiş Ərəb Əmirlikləri

55.000

11.

Birma

7.600

12.

Bolqarıstan Respublikası

64.400

13.

Böyük Britaniya

70.000

14.

Braziliya Federativ Respublikası

74.000

15.

Butan Krallığı

1.500

16.

Çexiya Respublikası

2.000

17.

Çin Xalq Respublikası

30.000

18.

Danimarka Krallığı

56.000

19.

Estoniya Respublikası

1.800

20.

Əfqanıstan

430.000

21.

Əlcəzair Xalq Demokratik Respublikası

260.000

22.

Finlandiya Respublikası

11.600

23.

Fransa Respublikası

70.000

24.

Gürcüstan Respublikası

600.000

25.

Hindistan Respublikası

300.000

26.

İndoneziya Respublikası

44.600

27.

İordaniya Haşimi Krallığı

410.000

28.

İraq Respublikası

800.000

29.

İran İslam Respublikası

30.000.000

30.

İrlandiya Respublikası

4.000

31.

İspaniya Dövləti

14.000

32.

İsveç Federasiyası

20.000

33.

İsveçrə Konfederasiyası

15.000

34.

İtaliya Respublikası

30.000

35.

Kanada Respublikası

174.000

36.

Küveyt Dövləti

18.000

37.

Qazaxıstan Respublikası

90.000

38.

Qırğızıstan Respublikası

16.000

39.

Latviya Respublikası

1.700

40.

Litva Respublikası

1.500

41.

Macarıstan Respublikası

26.000

42.

Malta Respublikası

2.500

43.

Meksika Birləşmiş Ştatları

26.000

44.

Misir Ərəb Respublikası

850.000

45.

Moldova Respublikası

5.000

46.

Monqolustan Respublikası

4.800

47.

Niderland Krallığı

20.000

48.

Norveç Krallığı

50.000

49.

Oman Sultanlığı

19.000

50.

Özbəkistan Respublikası

60.000

51.

Pakistan İslam Respublikası

350.000

52.

Polşa Respublikası

10.000

53.

Portuqaliya Respublikası

8.000

54.

Rumıniya Respublikası

44.000

55.

Rusiya Federasiyası

2.000.000

56.

Səudiyyə Ərəbistanı

40.000

57.

Slovakiya

2.000

58.

Sudan Demokratik Respublikası

17.000

59.

Suriya Ərəb Respublikası

92.500

60.

Tacikistan Respublikası

13.400

61.

Türkiyə Cümhuriyyəti

3.000.000

62.

Türkmənistan Respublikası

33.300

63.

Ukrayna Respublikası

500.000

64.

Yaponiya

10.000

65.

Yeni Zelandiya

2.000

66.

Yəmən Respublikası

58.000

67.

Yunanıstan Respublikası

12.400


Hal-hazırda dünyanın təxminən 45 ölkəsində Azərbaycan diaspor təşkilatı uğurla fəaliyyətdədir və bu təşkilatlar  xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli, ideoloji, mənəvi, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına səy göstərir.



Oxunub: 490031



Azərbaycan Televiziyaları
İnternet Radio