Baş səhifə    » ELM    » Elm    » Azərbaycanda elmi institut və təşkilatlar   

Azərbaycanda elmi institut və təşkilatlar

  


Azərbaycan Respublikasında elmi araşdırmalar əsasən aşağıdakı tədqiqat muəssisələrində aparılır:
- AMEA -nın elmi tədqiqat muəssisələri:
- nazirlik, dövlət komitələri, səhmdar cəmiyyətlər və şirkətlərin nəzdindəki sahə elmi tədqiqat muəssisələri;
- ali təhsil muəssələrində kafedra, laboratoriya və müxtəlif elmi tədqiqat qurumları.
Azərbaycanda elmin ən qabaqcıl sahələrini əhatə edən və ölkənin əsas elmi təşkilatı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturuna daxil olan 36 elmi institut və təşkilat fəaliyyət göstərir. Həmin institut və təşkilatlar 5 bölmədə birləşir:

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
• Fizika İnstitutu
• Akad. Ə.Hüseynov adına Kibernetika İnstitutu
• Riyaziyyat və Mexanika İnstitutu
• Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
• Radiasiya Problemləri İnstitutu
• İnformasiya Texnologiyaları İnstitutu

Kimya Elmləri Bölməsi
• Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
• Kimya Problemləri İnstitutu
• Akad.Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu
• Polimer Materialları İnstitutu
• Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
• Mineral Xammalın Kompleks Emalı Üzrə Xüsusi Konstruktor-Texnologiya Bürosu

Yer Haqqında Elmlər Bölməsi
• Geologiya İnstitutu
• Akad. H.Əliyev adına Coğrafiya İnstitutu

Biologiya Elmləri Bölməsi
• Botanika İnstitutu
• Zoologiya İnstitutu
• Genetik Ehtiyatlar İnstitutu
• A.İ.Qarayev adına Fiziologiya İnstitutu
• Torpaqşünaslıq və Aqrokimya İnstitutu
• Mikrobiologiya İnstitutu
• Mərkəzi Nəbatat bağı
• Mərdəkan Dendrarisi

Humanitar və İctimai Elmlər Bölməsi
• A.Bakıxanov adına Tarix İnstitutu
• Arxeologiya və Etnoqrafiya İnstitutu
• İqtisadiyyat İnstitutu
• Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu
• Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
• İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
• Nizami adına Ədəbiyyat İnstitutu
• Nəsimi adına Dilçilik İnstitutu
• M. Füzuli adına Əlyazmalar İnstitutu
• Memarlıq və İncəsənət İnstitutu
• Milli Azərbaycan Tarixi Muzeyi
• Folklor İnstitutu
• N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
• Hüseyn Cavidin Ev Muzeyi




Oxunub: 225052



Azərbaycan Televiziyaları
İnternet Radio