Baş səhifə    » ELM    » Elm    » Azərbaycanda elmin inkişaf istiqamətləri   

Azərbaycanda elmin inkişaf istiqamətləri

  


Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Hazırda beynəlxalq münasibətlərdə siyasi, iqtisadi, elmi-texniki, ekoloji və informasiya xarakterli amillər müstəsna rol oynaması Azərbaycan Respublikasının milli maraqlarının ödənilməsində elmin inkişafına təkan vermişdir.Çünki dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir.
Hal-hazırda Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən Azərbaycan elminin inkişaf istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1.Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublikanın digər elmi tədqiqat müəssisələrində və ali məktəblərində aparılan fundamental tədqiqatların səmərəliliyinin artırılması, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi;
2. Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, əhalinin sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində bu potensialdan səmərəli istifadə edilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi;
3. Elmi müəssislərdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyəti əlaqələndirmək və istiqamətləndirmək üzrə işin daha da gücləndirilməsi;
4. Elmdə inhisarçılıq imkanlarını istisna edən demokratik rəqabət və müsabiqə formalarından geniş istifadə etməsi, respublika alimlərinin yaradıcılıq potensialının tam aşılanması üçün şəraitin yaradılması;
5. Elmi müəssisələrdə kompleks məqsədli proqramların işlənməsi və onların maliyyələşdirilməsinin müsabiqə əsasında həyata keçirilməsi;
6.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) beynəlxalq elmi layihə və proqramları həyata keçirən mərkəzə çevrilməsi üçün şəraitin yaradılması, elmi mübadilə çərçivəsində xarici alimlərin işə cəlb olunması təcrübəsinin genişləndirilməsi;
7. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində fəaliyyətinin inkişafı, respublikanın ali məktəbləri ilə əməkdaşlığın gücləndirilməsi;
8. Xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanması.



Oxunub: 67780



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on