Baş səhifə    » MƏTBUAT    » İnformasiya agentlikləri   

İnformasiya agentlikləri

  


AzərTAc - Azərbaycan Dövlət Teleqraf Agentliyi
Azərbaycanda informasiya agentliyinin tarixi  AzərTAC-ın (Azərbaycan Dövlət Teleqraf Agentliyinin) yaranması ilə başlayır.  
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərmisdir. İlk adı Azərbaycan Teleqraf Agentliyi, daha sonra Azərinform olmuşdur
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa etmişdir. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır.
Hal-hazırda AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, rus və ingilis dillərində  informasiya yayır.

Ölkədə fəaliyyət göstərən digər informasiya agentlikləri bunlardır:
1. Azəri Press Agentliyi (APA)
2. «Azər press» İnformasiya Agentliyi
3. «Azmedia» Analitik İnformasiya Agentliyi
4. «Azadinform» İnformasiya Agentliyi
5. «Assa-irada» İnformasiya Agentliyi
6. «Em-pi-ey» İnformasiya Agentliyi
7. «Olaylar» İnformasiya Agentliyi
8. «Turan» İnformasiya Agentliyi
9. «Trend» İnformasiya Agentliyi
10. «İnterfaks-Azərbaycan» İnformasiya Agentliyi
11. Müstəqil İnformasiya Agentliyi
12. Səs İnformasiya Agentliyi
13. «Fineko» İnformasiya Agentliyi
14. «Riyad media» İnformasiya Agentliyi



Oxunub: 249986



Azərbaycan Televiziyaları
İnternet Radio