Baş səhifə    » MƏTBUAT    » Azərbaycan radioları   

Azərbaycan radioları

  


Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi eşidilib. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq edib.
1957-ci ildə Radioinformasiya Idarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradılıb.
2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

İlk azərbaycanlı diktorlar
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub.
1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilib. 
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi diktorlar yetişiblər.

ANS ÇM radiosu 
Qafqazda ilk FM, Azərbaycanda ilk özəl radiodur. Radio milli qəhrəman Çingiz Mustafayevin adını daşıyır. 1994-cü ilin 28 mayında fəaliyyətə başlayıb. Gün ərzində 24 saat yayımlanır. ANS ÇM 102 FM dalğasından yayımlanır. ANS ÇM Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

“Azad Azərbaycan” radiosu 
"Azad Azərbaycan" özəl radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 196 və 231,4 metr orta dalğada, 1530 KHz tezliklərdə yayımlanır. Gün ərzində 6 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur. "Azad Azərbaycan" Radiosu 106.3 FM dalğasında yayımlanır.

“Antenn” radiosu 
1 iyun 1998-ci ildə efirə çıxıb. Radio 101 FM dalğasından yayımlanır, 24 saat fəaliyyətdədir. Əvvəllər `Amerikanın səsi` radiosu öz proqramlarını bu dalğadan yayımlayırdı. 

“Space” radiosu
2001-ci il 12 oktyabrda ilk dəfə efirə çıxıb. 104 FM dalğasında yayımlanır. Yayım 24 saatdır. Space 104 FM dalğasında hər saat xəbərlər informasiya buraxılışı da yayımlanır. 

İctimai radio 
İctimai radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilir. "İctimai radio" 90 FM dalğasında yayımlanır. İlk dəfə 2006-cı il yanvarın 10-da yayıma başlamışdır.
İctimai radioda 4 departament fəaliyyət göstərir: Xəbərlər və analitik proqramlar departamenti; Elm-təhsil, Gənclik və idman departamenti; Musiqi və əyləncəli verilişlər departamenti; Ədəbiyyat və İncəsənət departamenti.

Media FM
105 FM tezliyində yayımlanır. 2009-cu ilin fevralında fəaliyyətə başlayıb. 

Burc FM 
1998-ci ilin 25 iyundan etibarən Bakı şəhəri və ətrafında yayımlanır. Həftəlik yayımının müddəti 168 saatdır. Radio 100.5 FM tezliyində yayımlanır.

Lider FM 
17 noyabr 1999-cu ildən efirdə yayıma başlayıb. Həftəlik yayımı 168 saatdır. Verilişlərinin 5 %-i xarici, 95%-i Azərbaycan dilindədir. Lider radio 107 FM dalğasında yayımlanır.

“106 FM” radiosu 
4 mart 1999-cu ildə ilk dəfə efirə çıxıb. 24 saat ərzində yayımlanır. 

“Naxçıvanın səsi” 
Radio 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlayıb. 
"Naxçıvanın səsi" radiosu 2004-cü il dekabr ayının 15-dən etibarən Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətini davam etdirməyə başlayıb.
2008-ci ilin yanvar ayının 1-dən isə "Kanal-35" Televiziyası ilə birləşərək vahid idarəetmə sisteminə keçmişdir. 

Xarici radioların Azərbaycan bürosu: 
Azadlıq radiosu 
http://www.azadliqradiosu.az/ (əvvəllər 101.7 FM tezliyində verilişləri efirə gedib)

“Avropa +Bakı” radiosu
İlk dəfə 2 iyun 1999-cu ildə yayıma başlayıb. Əvvəllər FM tezliyində yayımlanıb. 

Online radiolar
Online radiolar yalnız internet üzərindən yayımlanır. Onların FM tezliyi yoxdur.
http://www.baku.fm/
http://www.day.az/radio/
http://www.ireli.az/en/radio/



Oxunub: 68067



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on