Baş səhifə    » NEFT STRATEGİYASI    » Azərbaycanda neft maqnatları   

Azərbaycanda neft maqnatları

  


Azərbaycan və Rusiyada bütünlükdə neft işinin inkişafında Azərbaycan neft maqnatları xüsusi müsbət rol oynamışlar. Bunlar arasında Hacı Zeynalabdin Tağıyevin (1838-1924), Musa Nağıyevin (1842-1919), Şəmsi Əsədullayevin (1840-1913), Əjdərbəy Aşurbəyovun (1855-1921), İsabəy Hacınskinin (1861-1919), Murtuza Muxtarovun (1855-1920) böyük xidmətlərini qeyd etmək lazımdır. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda bir neçə məşhur xarici şirkətlər də (Nobel qardaşları, Rotşildlər, Mantaşev, Şibayev və Unanov) fəaliyyət göstərmişdir.Bunlar arasında Nobel və Rotşildlər qardaşlarının şirkəti daha məşhur olmuşdur. 

Hacı Zeynalabdin Tağıyev

Rusiyada və bütün müsəlman dünyasında tanınmış və hörmətli neft maqnatlarından biridir. Kasıb ailədə doğulmuş, çətin, lakin sadə bənnadan milyoner biznes adamına qədər şərfli yol keçmişdir. 1875-ci ildə əsası qoyulmuş “H.Z.Tağıyev” firması güclü neft sənaye birliyinə çevrilmişdi və 25 il ərzində neft işinin bütün sahələrini özündə birləşdirmişdi. Tağıyev milli iqtisadiyyatın bütün sahələrinə: neftçıxarmaya, ticarət mərkəzlərinin, un üyüdən fabriklərin tikintisinə, balıqçılığa və s. sərmayə qoymuşdu.
1897-ci ildə onlar tərəfindən “Lifli materialların emalı üzrə Qafqaz səhmdar cəmiyyətini” yaradıldı. Digər yerli sahibkarlarla ticarət əməliyyatlarının aparılması üçün 1914-cü ildə Bakı kommersiya bankının əsasını qoydu və bu bankın idarə heyətinin nümayəndəsi seçildi. 1916-cı ildə Tağıyev Azərbaycanda və Dağıstanda fəaliyyət göstərən “Tağıyev balıq sənayesi səhmdar cəmiyyətinin” əsasını qoydu.

Musa Nağıyev

Tanınmış neft maqnatıdır. Son dərəcə ehtiyacı olan ailədə doğulmuş, iti zəkası və bacarığı sayəsində milyoner olmuşdur. Əgər 1915-1916-cı illərdə Tağıyevin kapitalı qızılla 6 milyon rubl təşkil edirdisə, Nağıyevin kapitalı dəfələrlə çox dəyərləndirilirdi. M. Nağıyav Bibi-Heybət buxtasının qurudulması üzrə ortaqlığın təsis olunmasına, quruma üzrə kifayət qədər tez aparılan tikinti işlərinə xeyli pul vəsaiti ayırmışdı (1917-ci ilə qədər layihə işlərinin 70%-i həyata keçirilmişdi).


Şəmsi Əsədullayev

Təkcə Bakıda deyil, həm də onun hüdudlarından uzaqda tanınmış neft maqnatı və nüfuzlu iş adamı olmuşdur. Şəmsi neft bumunun, ağıl və bacarığının sayəsində milyoner oldu. 1893-cü ildə o, 500 rubl kapitalı olan “Şəmsi Əsədullayev” neftçıxarma firmasını yaratdı, 1913-cü ildə isə onun firmasının kapitalı artıq 10 milyon rubl təşkil edirdi. Əsədullayevə məxsus dəniz gəmiləri Xəzər dənizini və Volqanı yarıb keçirdi; Şəmsi neft və neft məhsullarının daşınması üçün gəmilərin tonnajı üzrə yalnız Nobel firmasına güzəştə gedirdi. Beləliklə, Xəzərdə “Zərdüşt” Nobel gəmisi görünəndən sonra Əsədullayev neftdaşıyan, üç “A”- Asiya, Afrika və Amerika adlanan üç tanker aldı. 1907-ci ildə Nobel firmasında neft kəmərlərinin ümumi uzunluğu 17 verst, Ş. Əsədullayevdə isə 12, 5 verst təşkil edirdi. O, Rusiyada, Türkiyədə, İranda və Avropanın bəzi ölkələrində öz nümayəndəliklərini açdı.

Əjdər bəy Aşurbəyov

Neft maqnatı, Bakıda Aşurbəyovların böyük sülaləsinin parlaq nümayəndəsidir. Öz ağlı, hörməti və böyük var-dövləti sayəsində yerli və Rusiyanın adlı-sanlı adamları içərisində çox hörmətli şəxs idi. Aşurbəyov 1888-ci ilin oktyabrının əvvəlində İmperator III Aleksandrı Bakıya gəlişində salamlayanlar arasında idi. XIX əsrin sonuna Aşurbəyov neft işi ilə məşğul oldu: 1893-cü ildə Sabunçuda onun quyularından birindəki neft fontanı Əjdər bəyi milyonerə çevirdi. Bundan sonra o, daha 5 neft quyusu əldə edir. Onlardan ikisini özü idarə edir, qalan üçünü isə çarter üzrə: ikisini “Nobel qardaşları” firmasına, birini isə “S.M.Şibayev” firmasına icarəyə verir. Başqa neft maqnatları kimi Ə.Aşurbəyov da inqilaba qədər Bakının iqtisadi, sosial və mədəni inkişafında mühüm rol oynamışdı.

Murtuza Muxtarov

Neft maqnatıdır; kasıb ailədən çıxmış, fəhləlikdən briqadirliyə, sonra isə firma sahibinə qədər çətin bir yol keçmişdir. Digər Bakı milyonerləri kimi neftin sayəsində varlanmışdı, lakin neft istehsalı üçün müasir texnologiya və avadanlıqlar onun adı ilə bağlıdır. O, xüsusi təhsil almadan özü öyrənmiş istedadlı ixtiraçı idi. Onun “Muxtarov” adı ilə ixtira etdiyi qazma aləti bütün dünyada məşhur idi və bir çox ölkələrə ixrac olunurdu. (Rusiyanın podrat qazması və mexaniki emalatxanalarının iri cəmiyyətlərinə “Murtuza Muxtarov” cəmiyyətindən başqa “Molot”, “Rapid”, “Votan” və “Robur” kimi cəmiyyətləri də əlavə etmək olar.)

Nobel qardaşları

“Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firmasının ( “Nobel qardaşları” firması) əsasının qoyulması 1879-cu il 18 may tarixinə təsadüf edir, lakin İsveç ailəsinin Abşeronda fəaliyyəti daha öncə başlayıb (1879-cu ildə imperator II Aleksandr tərəfindən “Branobel” teleqraf ünvanlı “Nobel qardaşlarının neft istehsalı səhmdar ortaqlığı” yaradılıb və təsis olunub).
Artıq 1873-cü ildə Nobel qardaşlarından böyüyü – Robert (1829-1896-cı illər) ortancıl qardaş Lüdviqdən (1831-1888-ci illər) alınmış tüfəng qundaqları üçün ağac tədarükü ilə bağlı tapşırıqla bağlı Qafqazda idi. Abşeron yarımadasında “neft” vəziyyətini tez qiymətləndirərək, Robert onda olan kapitalı neft işinə yatırır. Bu əlbəttə ki, riskli iş idi, lakin onun Finlandiyada ağ neft ticarətinin təşkili ilə bağlı müəyyən təcrübəsi var idi. Robert hesab edirdi ki, neft işi perspektivlidir, çünki Rusiya bazarı idxal (amerikan) neft məhsulları ilə doludur.
1875-ci ildən başlayaraq, Nobel qardaşlarının Azərbaycan neft sənayesində fəaliyyəti fəallaşır. Yaradıcıları (təsisçiləri) Robert, Lüdviq və Alfred (1833-1896-cı illər) Nobel və başqaları olan firmanın əsas kapitalı fəaliyyətinin birinci ilində 3 mln. rubl təşkil etdi. Firmada neft yatağının müəyyən olunmasından son neft məhsullarının satışınadək bütün proseslərə qardaşlar nəzarət edirdilər.
Təkcə 1894-cü ildə “Nobel qardaşları” firması 21 müqavilə əsasında 10 mln. puda yaxın neft yanacağı alıb yığmışdır. Bu fəaliyyətlər nəticəsində XIX əsrin sonlarına L.Nobel Rusiyanın əsl “mazut kralına” çevrilmişdir.
Nəticədə “Nobel qardaşları” firmasının Abşeronda, Bakıdakı fəaliyyəti Rusiya neft sənayesinin bütün sahələrinin sürətlə inkişaf etməsinə impuls verdi. Bakı neft rayonu sonradan Nobellərin “neft imperiyası” adlandırılmış əzəmətli binanın ucalması üçün təməl oldu.
1900-cü ildə “Nobel qardaşları” firmasının və Rotşildin “Xəzər-Qara dəniz cəmiyyətinin” payına hasilatın 21%-i və Bakıdan neft ixracının 40%-i düşürdü. Həmin ilin əvvəllərində 6 ən iri neft emalı zavodu ağ neftin hamısının 44%-ni hasil edirdisə, təkcə “Nobel qardaşları” firmasına bunun 22%-dən çoxu məxsus idi.
1914-1917-ci illərdə “Nobel qardaşları” firması 30 mln. rublluq əsas kapitala, 13-dən artıq zavoda (o cümlədən, 6 neft emalı zavoduna) malik idi, 1916-cı ildə onun ümumi neft hasilatı isə 76 mln. pul neft təşkil etmişdir.
Beləliklə, hal-hazırda dünyanın ən mötəbər mükafatı olan Nobel mükafatının maddi bazasının əsas hissəsini Bakı neftindən əldə olunmuş sərmayə təşkil edir.

Rotşild qardaşları
Parisdə Bank evinin həmsahibləri olan Rotşild qardaşları XIX əsrin 70-ci illərinin sonundan etibarən Rusiya neft mədənləri ilə maraqlanırdılar. Ancaq yalnız 16 may 1883-cü ildə iflasa uğramış Batumi neft sənayesi və ticarət cəmiyyətinin bazasında Bakıda yeni firmanın – “Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” (“Xəzər-Qara Dəniz Cəmiyyəti” adlanacaqdır). Firma təsis edildiyi tarixdən etibarən, 135 kiçik və orta müəssisədən Rusiyanın içərilərinə və xarici ölkələrə göndərmək üçün ağ neft alaraq fəaliyyətini sürətlə inkişaf etdirirdi. Üstəlik, Rotşildlər ağ neftin komisyon satışı ilə bağlı müqavilələri müəyyən müəssisələrlə güzəştli əsaslarla bağlayırdı, bu da nəticə etibarı ilə aşağıdakılara gətirib çıxarırdı: 1884-cü ildə firma tərəfindən Bakıdan xaricə daşınmış məhsulun miqdarı 2,4 milyon pud idisə, 5 ildən sonra bu rəqəm təxminən 30 milyon puda çatmışdı. Rotşildlərin şöhrətlənməsi üçün Bakıdan Antverpenə ağ neft daşıyan “Ferqüsson” neft daşıyan paroxod məhək daşı rolunu oynadı; daha sonralar ağ neft hətta Londona tədarük edilirdi (“Ferqüsson” gəmisi İsveçdəki Motala şəhərində zavodda inşa edilmişdi; əvvəllər bu zavodda Nobellərin “Zərdüşt” gəmisi inşa edilmişdi).
Qeyd etmək lazımdır ki, Rotşildlər Rusiya seyflərində 6 milyon qızıl pula və 25 milyon frank ilkin kapitala malik olmaqla özlərinə məxsus fəallıqla işə başladılar.
“Xəzər-Qara Dəniz Cəmiyyəti” əldə etdiyi uğura görə Rotşildlərin (əvvəllər Nobellərin) Rusiyanın yuxarı hakimiyyət dairələrində malik olduqları əlaqələrə minnətdar olmalıydı. “Nobel qardaşları” firması ilə bərabər Rotşildlərin “Xəzər-Qara Dəniz Cəmiyyəti” 80-ci illərin sonunda Rusiyanın neft işində liderlik edən neft firmalarından birinə çevrildi.
Qeyd etmək yerinə düşər ki, Rotşildlərin “Xəzər-Qara Dəniz Cəmiyyət”i, Zaqafqaziya dəmir yollarında mövcud sayı (600 ədəd) açıq-aşkar tələb edilən daşıma vasitələrinə tələbi ödəmək üçün kiyayət etməyən məxsusi vaqon-sisternləri yerləşdirmək icazəsi almaqla 1887-ci ildə 300 vaqon-sistern yerləşdirmişdi; o cümlədən ildə 6% ödəməklə 5 illik müddətə götürülən borcun ödənilməsi şərti ilə 1500-dən artıq vaqon-sisternin quraşdırılması üçün bir çox zavod sahiblərinə kredit buraxmışdı (2 milyon rubl). Bu, onunla nəticələndi ki, artıq 1888-ci ilin dekabrında Bakıya göndərilən ağ neft doldurulmuş 3932 vaqondan Rotşildlərin firması 1800-ü qəbul etdi.



Oxunub: 90214



Azərbaycan Televiziyaları
İnternet Radio