Baş səhifə
» TANINMIŞLAR
» Azərbaycanı dünyada tanıdanlar
» Nəsirəddin Tusi
Nəsirəddin TusiNəsirəddin Tusi Məhəmməd ibn Həsən (Nəsirəddin Tusi) (1201-1274) Ensiklopedik alim - filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas olmuşdur. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə inkişafında mühüm rol oynamışdır. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə"si Avropada triqonometriyanın da inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Ayın xəritəsində dənizlərdən biri N.Tusinin şərəfinə adlandırılmışdır.
|