Baş səhifə    » TARİXİ GÜNLƏR    » Yanvar   

Yanvar

  

1 yanvar
1813 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
1841 - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolündü.
1896-ci ildə neft ustası kimi tanınan Ağa Nemətulla Sərab şəhərində doğulub.
1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1934-cü ildə həftəlik «Ədəbiyyat qəzeti»nin ilk sayı çapdan çıxıb. 
1937-ci ildə Tanınmış aktyor, əməkdar artist Eldəniz Zeynalov anadan olub. 
1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub.
1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1947 - Xalq artisti Mikayıl Mirzə Şamaxı rayonunda doğulub.
1997 - ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib.

2 yanvar
1899-cu ildə Xanəndə, əməkdar artist Haşım Kələntərli anadan olub.
1945-ci ildə xalq artisti Səməndər Rzayev anadan olub

3 yanvar
1109-cu ildə Böyük Azərbaycan mütəfəkkiri Xətib Təbrizi vəfat edib.
1804-cü ildə Rusiya qoşunları Gəncəni işğal ediblər. 
1804 - Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub.
1879-cu ildə Şair Səməd Mənsur anadan olub.
1887-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Yusif Vəzir Çəmənzəminli anadan olub.
1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 1985) anadan olub.
1907-ci ildə Pianoçu, pedaqoq, xalq artisti Kövkəb Səfərəliyeva doğulub   
1916-cı ildə Əməkdar müəllim, Azərbaycanın qabaqcıl maarif xadimi Sona Tağıyeva Bakıda anadan olub                                                              
1955 - İctimai-siyasi xadim Oqtay Əsədov anadan olub.
1990 - SSRİ rəhbərliyinin qərarı ilə Sovet Ordusunun hissələri “erməni əhalisinin müdafiəsi məqsədilə” Azərbaycan ərazisinə yeridilməyə başlayıb. 
2004 - Bakıda Azərbaycan Respublikasının Nazirlər Kabineti və ABŞ-ın Müdafiə Nazirliyi arasında “Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq haqqında saziş” imzalanıb. 

4 yanvar
1866-cı ildə Yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə anadan olub.
1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi (1878-1946) anadan olub.
1880-ci ildə Pedaqoq, dilçi və jurnalist Fərhad Ağazadə  Şuşada anadan olub.
1878-ci ildə Azərbaycan şairi Əli Nəzmi dünyaya gəlib.
1881-ci ildə Publisist, tənqidçi və tərcüməçi Hüsyen Minasazov anadan olub.
1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932, Bakı) vəfat edib.
1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub.
1950 - Tanınmış aktrisa İnarə Quliyeva Moskvada anadan olub. 
1963 - Azərbaycan SSR Ali Soveti Reyasət Həyətinin fərmanı ilə respublikanın ərazi-inzibati sistemində növbəti dəyişikliklər edilib.
2000 - Xalq artisri Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova, 28.2.1918, Kazan - 2000, Bakı) vəfat edib.
2003 - Prezident Heydər Əliyevin fərmanı ilə təsdiqlənən «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun rəsmi mətbuatda dərc olunaraq qüvvəyə minib.

5 yanvar
1478-ci il Görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən həlak olub.
1819 – Naxçıvan xanın nəslindən olan sərkərdə, Rusiya ordusunun süvari generalı İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski, 1819 – 1908) anadan olub.
1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski, 1884 – 1.4.1954) Şuşada doğulub. 
1884-cü ildə Opera artisti, əməkdar incəsənət xadimi, Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəyli Şuşada doğulub.
1901-ci ildə Tanınmış səhnə ustası, xalq artisti, Dövlət Mükafatı Laureatı Mərziyə Davudova anadan olub.
1927 – Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub.
1927-ci Yazıçı və publisist Əlfi Qasımov anadan olub.
1930 - Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib.
1949 - Əməkdar artist Kübra Əliyevanın doğum günüdür.
1955 – Əməkdar artist Fərhad İsrafilov anadan olub.
1991 - Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb.
1992 - Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib.

6 yanvar
1733 - Səfəvi ordusu Bağdad yaxınlığında baş verən döyüşdə Osmanlı qoşunlarını məğlub edib.
1907-ci ildə Xalq artisti, Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlı anadan olub.
1907-ci ildə Görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub.
1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev, 1907 – 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub.
1938 – Tanınmış baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub.
1946-cı il Cənubi Azərbaycan milli hökumətinin qərarı ilə Azərbaycan dili dövlət dili elan olunub. 
1962 – SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962, Bakı) vəfat edib.
1994 - Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanıb.

7 yanvar
1892-ci ildə Azərbaycan aktyoru və rejissoru Mir Seyfəddin Kirmanşahlı anadan olub.
1907-ci ildə Görkəmli Azərbaycan alimi, akademik, əməkdar elm xadimi Mirəli Qaşqay anadan olub.
1939-cu ildə Şair, ədəbiyyatşünas Rəfiq Zəka Xəndan anadan olub.

8 yanvar
1862-ci ildə Azərbaycan sərkərdəsi, general Əmənulla xan Qacar Şuşada doğulub. 
1864-cü ildə Məşhur xanəndə Keçəçi oğlu Məhəmməd Şuşada doğulub.
1923-cü ildə Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli anadan olub.

9 yanvar
1903 – Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (1903-1938) anadan olmuşdur.
1903-cü ildə Görkəmli Azərbaycan aktyoru Ülvi Rəcəb  anadan olub.
1959-cu ildə Azərbaycanın Milli qəhrəmanı Mətləb Quliyev Beyləqanda doğulub.   
1990 – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan oparılmasını hədəfləyən dair daha bir sənəd - “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərar qəbul edib.
1991-ci ildə «Molodyoj Azerbaydjana» qəzetinin müxbiri Salatın Əsgərova qətlə yetirilib. 
1991 – Erməni terroru Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçirib.
1994 – Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
1994-cü ildə Azərbaycanla Vatikan arasında diplomatik münasibətlər yaradılıb. 
2001 – Rusiya prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərə gəlib.

10 yanvar
1838 – Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) anadan olub.
1927-ci ildə Tank qoşunları general-mayoru İbrahim Əhmədovun xatirə günüdür.
1928-ci ildə Azərbaycan memarlıq məktəbinin parlaq simalarından biri - Ələsgər Hüseynov anadan olub
1954-cü ildə Migəçevir Su Elektrik Stansiyası işə salınıb. 
1958-ci ildə Azərbaycanın Milli qəhrəmanı Muxtar Qasımov anadan olub.
1962-ci ildə Tanınmış Azərbaycan aktyoru, xalq artisti Əjdər Sultanov 53 yaşında vəfat edib.
1994 – NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Haminə Tərəfdaşlıq” proqramı qəbul olunub.

11 yanvar
1906-cı ildə Tarixçi və şərqşünas, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Əbdülkərim Əlizadə anadan olub.
1920-ci il «Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində tanıyırlar».
1920 – I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub.
1946-cı il yanvarın 11-də Albaniya xalq respublikası elan edilib. Balkan yarımadasının qərbində yerləşən bu ölkə 1912-ci ildə müstəqillik qazanıb. 
1994 – Azərbaycan Latviya və Slovakiya ilə diplomatik münasibətlər qurub.
2003 – Prezident Heydər Əliyevə "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Çingiz Mustafayev Fondu"nun təsis etdiyi "2002-ci ilin adamı" mükafatı təqdim edilib.

12 yanvar
1908-ci il «Leyli və Məcnun» operasının ilk tamaşası göstərilib. 
1908 – Dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu ilk Azərbaycan operası - “Leyli və Məcnun” tamaşaya qoyulub.
1989 – SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib.
1995 – Azərbaycan Resoublikası ilə Uruqvay arasıında diplomatik münasibətlər qurulub.
2004 – Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb.

13 yanvar
1897-ci ildə Dövlət xadimi və ədəbiyyatşünas Ruhulla Axundov Bakının Şüvəlan kəndində anadan olub.
1914-cü ildə Görkəmli səhnə xadimi, respublikanın xalq artisti Barat Şəkinskaya anadan olub.
1923-cü ildə Rejissor, xalq artisti Tofiq Kazımov anadan olub.
1962-ci ildə Televiziya diktoru Akif Nərimanoğlu anadan olub.
1990 – Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası”nın yaradıldığı elan olunub.
1991 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.
1997 – Prezident Heydər Əliyev Fransa prezidenti Jak Şirakın dəvətilə Parisə rəsmi səfərə gedib.

14 yanvar
1907-ci ildə  Azərbacyan  şairi Almas İldırım anadan olub.
1910-cü ildə Tanınmış Azərbaycan alimi, fizioloq, tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi Abdulla Qarayev anadan olub.
1911-ci ildə Görkəmli riyaziyyaytçı, akademik Zahid Xəlilov anadan olub.
1992-ci il Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. 
1990-cı il Ermənilərin torpaq iddiaları ilə bağlı  təhdidlərinə biganə münasibətilə əlaqədar Bakıda kütləvi etiraz aksiyaları başlayıb. 

15 yanvar
1913-cü ildə Kənd təsərrüfatı elmləri doktoru, akademik Cəbrayıl Hüseynov doğulub.
1920-ci il Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət ediliblər. 
1926-cı ildə Tanınmış jurnalist Rəşid Qazıbəyov anadan olub.
1990-cı il SSRİ Ali Soveti Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında, Dağlıq Qarabağı əhatə edən şəhərlərdə fövqəladə vəziyyət elan edib.
2010, 15 yanvar-saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib


16 yanvar
1924-cü ildə Kibernetika və hesablama texnikası sahəsində görkəmli mütəxəssis Böyükağa Əzimov anadan olub.
1934-cü ildə Tanınmış tənqidçi və ədəbiyyatşünas, professor Şamil Qurbanovun dünyaya gəlib.
1944-cü ildə Tənqidçi, ədəbiyyatşünas Aydın Məmmədov anadan olub.

17 yanvar
1841-ci ildə Məşhur musiqiçi Mirzə Muxtar Şuşada dünyaya gəlib.
1915 – Birinci Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları oradan İrana (Cənubi Azərbaycana) keçərək Təbrizə yaxınlaşıblar.
1926-cı ildə Şair, əməkdar incəsənət xadimi Mədinə Gülgün anadan olub.
1926 – Tanınmış şairə Mədinə Gülgün (Ələkbərzadə Mədinə Nurulla qızı, 1926-1991) anadan olmuşdur.
1992 – Azərbaycan Respublikası Ali Sovetinin daimi fəaliyyət göstərən işçi orqanı – Milli Şura 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında" qanun qəbul edib.
1994 – Azərbaycan Ordusunun hissələri Qarabağ cəbhəsinin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısını alıblar.
2001 – Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul edib.

18 yanvar
1903-cü ildə Pedaqoq-alim, maarif xadimi, akademik Mehdi Mehdizadə anadan olub.
1915-ci ildə Xalq artisti, Azərbaycan rəqslərinin təkrarsız ifaçısı, baletmeyster Əlibaba Abdullayev doğulub.
1921-ci ildə Nasir, dramaturq, publisist və tərcüməçi Seyfəddin Dağlı anadan olub.
1923-cü ildə Tanınmış oftalmoloq, tibb elmləri doktoru, əməkdar elm xadimi Zəhra Quliyeva anadan olub.
1927-ci ildə  Tanınmış Azərbaycan dirijoru, xalq artisti Kamal Abdullayev dünyaya gəlib. 
1990-cı il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında etiraz aksiyasiyası başlamışdır. 

19 yanvar
1629, 19 yanvar - I Şah Abbasın vəfatı
1923-cü ildə Tanınmış rəssam, əməkdar incəsənət xadimi Mircavad Mircavadov anadan olub.
1936-cı ildə Şərqşünas alim, filosof Fərman Eyvazov dünyaya gəlib.
1990-cı il Bakıda mitinqlər davam edirdi. 
1990-cı il Naxçıvan Ali Soveti muxtar respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib.
1993-cü ildə uzun müzakirələrdən sonra Azərbaycan Respublikasının dövlət gerbi təsdiq olunub.
1993-cü ildə Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlər yaradılıb. 

20 yanvar
1902 – Böyük türk şairi, ömrünün bir hissəsini Azərbaycanda yaşamış Nazim Hikmət (1902-1963) anadan olub.
1923-cü ildə Görkəmli ədəbiyyatşünas, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Kamal Talıbzadə doğulub.
1936-cı ildə Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Tofiq Rüstəmovun anadan olub.
1977 – Tanınmış şair, publisist Zeynal Cabbarzadə (Cabbarov Zeynal Əliabbas oğlu, 1920-1977) vəfat etmişdir.
1990-ci ildə Bakıya yeridilən sovet ordusu hissələri dinc sakinlərə qanlı divan tutub.
1990, 20 yanvar - Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990 – Sovet Ordusu Bakıda “Qanlı Yanvar” qırğınını həyata keçirib.
1998 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalayıb.
2003 – Məşhur futbol hakimi Eldar Əzimzadə (1934-2003) vəfat edib. 1934-cü il mayın 25-də Bakıda anadan olmuşdu.
2010, 20 yanvar- Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
21 yanvar
1893-cü ildə Görkəmli türkoloq alim doktoru Bəkir Çobanzadə Simfiropol qəzasının Arqın kəndində dünyaya gəlib.
1907-ci ildə Görkəmli tarixçi və şərqşünas, akademik, əməkdar elm xadimi Əlisöhbət Sumbatzadə doğulub.
1922-ci ildə Gürcüstanda Azərbaycan dilində «Yeni fikir» qəzeti nəşrə başlayıb. 
1924-cü ildə Görkəmli bəstəkar, dirijor, xalq artisti, Üzeyir Hacıbəyov adına respublika mükafatı laureatı Süleyman Ələsgərovun Şuşada doğulub.
1990-cı ildə Bakıda Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası başlanıb. 
1928-ci ildə Tanınmış Azərbaycan müğənnisi, xalq artisti Lütfiyar İmanov anadan olub.

22 yanvar
1892 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafik Bəhruz Kəngərli (1892-1922) Naxçıvanda anadan olmuşdur.
1908 – Məşhur fizik, Nobel mükafatı laureatı Lev Davıdoviç Landau (1908-1968) Bakıda anadan olub.
1910-cu ildə Tank qoşunları qvardiya general mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov anadan olub.
1910 – Iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Lənkəranda anadan olub.
1913-cü ildə Məşhur estrada müğənnisi, aktyor, arxitektor və rəssam, xalq artisti Mirzə Babayevin xatirə günüdür.
1941-ci ildə Tanınmış televiziya mütəxəssisi, tarix elmləri namizədi Elşad Quliyev anadan olub. 
1944 – Tanınmış teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Hacı İsmayılov anadan olub.
1950-ci ildə Azərbaycanın milli qəhrəmanı Fəxrəddin Şahbazov dünyaya gəlib.
1990 – Bakıda “Qanlı Yanvar” təcavüzünün qurbanları dəfn edilib. 
1990 – Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib.
1992 – Filippin Azərbaycanın Respublikasının dövlət müstəqilliyini tanıyıb.
1993 – Naxçıvanda Türkiyə Cümhuriyyətinin baş konsulluğu açılıb.
1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev ölkədə ölüm hökmünün ləğv olunması haqqında təşəbbüs irəli.

23 yanvar
1945-ci il SSRİ xalq komissarları sovetinin qərarı ilə «Azərbaycan SSR Elmlər Akademiyası» təsis olunub. 
1969-cu ildə Azərbaycanın milli qəhrəmanı Hikmət Muradov Bakıda anadan olub. 

24 yanvar
1909-cu ildə Dirijor, xalq artisti Əşrəf Həsənov Şəkidə anadan olub.
1922-ci ildə Aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyev anadan olub.
2005, 24-26 yanvar - Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri

25 yanvar
1823-cü ildə Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev anadan olub.
1899 – Azərbaycanın ilk hüquq professoru, ictimai xadim Mustafa Vəkilov (1899-1943) anadan olub.
1899-cu ildə Azərbaycanın görkəmli hüquqşünaslarından biri Mustafa Vəkilov Tiflisdə anadan olub.
1984 – Görkəmli teatr və kino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanov vəfat edib.
1988-ci ildə Erməni separatçılarının etnik təmizləmə siyasətinin ilk dalğası nəticəsində minlərlə azərbaycanlı doğma yurdlarını tərk etməyə məcbur olub. 
1988 – Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb.
2001 – Azərbaycan Respublukası Avropa Şurasına tamhüquqlu üzv olub.
2001-ci il Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. 
2001, 25 yanvar - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsi
2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub.

26 yanvar
1863-cü ildə Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Köçərli Şuşada anadan olub.
1990-cı il Sovet ordu hissələri Azərbaycana qarşı cəza aksiyasını davam etdirərək Neftçala və Lənkərana soxulublar. 
 
27 yanvar
1906-cı ildə Tanınmış elm xadimi, tarix elmləri doktoru Sara Aşurbəyli Bakıda doğulub.
1906 – Tanınmış tarixçi alim Sara Aşurbəyli (1906-2001) anadan olub.
1911-ci ildə Neft-mədən işləri sahəsində görkəmli alim Əyyub Tağıyev.
1912 – Görkəmli neftçi, professor Eyyub Tağıyev (1912-1967) anadan olmuşdur.
1925-ci ildə Şair və tərcüməçi Adil Babayev dünyaya gəlib.
1932-ci ildə Nağaranı solo alət səviyyəsinə qaldırmış populyar ifaçı Çingiz Mehdiyev anadan olub.
1950 – Hərbi xadim, general-polkovnik Səfər Axundbala oğlu Əbiyev Bakıda anadan olub.
1995 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə Dünya İqtisadi Forumunda (Davos Forumu) iştirak etmək üçün İsveçrəyə gedib.
2003 – Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və Büro üzvü seçilib.
2003, 27 yanvar - İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və
büro üzvü seçilməsi.

28 yanvar
1828 – Çar Rusiyasının qoşunları İranla müharibə (1826-1828) gedişində Cənubi Azərbaycanın Urmiya şəhərini işğal ediblər.
1828-ci ildə Rus qoşunları Cənubi Azərbaycandakı Urmiya şəhərini ələ keçiriblər.  
1908-ci ildə Görkəmli kimyaçı-alim, akademik Murtuza Nağıyev anadan olub.
1919 – Erməni-daşnak quldur dəstələri Gəncə quberniyasının Zağalı kəndini (indiki Daşkəsən rayonu ərazisində) yandırıblar.
1923 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində mühüm yer tutan «Azərbaycan» jurnalının ilk sayı çapdan çıxıb.
1923-cü il «Maarif və mədəniyyət» jurnalı işıq üzü görüb. 
1930-cu ildə Diktor sənətinin görkəmli nümayəndələrindən biri Aydın Qaradağlının anadan olub.
1992 – Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər.
1992-ci ildə Ağdamdan Şuşaya uçan sərnişin vertolyotu erməni quldurları  tərəfindən vurulub. 
1994-cü ildə Milli Məclisdə 20 yanvar faciəsi müzakirə olunub. 
2002, 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar
yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması

29 yanvar
1908-ci ildən Tanınmış maarifçi, əməkdar müəllim, publisist və yazıçı Cəmo Cəbrayılbəyli Şamaxıda doğulub.
1925-ci ildə Azərbaycan idmanının görkəmli nümayəndəsi, futbol üzrə beynəlxalq hakim Tofiq Bəhramov doğulub.
1925 – Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramov (1925-1993) anadan olub.
1925-ci ildə Azərbaycanın tanınmış teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi Məmməd Qasımovun xatirə günüdür  
1927-ci ildə Azərbaycanın görkəmli baletmeystri, xalq artisti Leyla Vəkilova Bakıda anadan olub.
1927 – Azərbaycanın xalq artisti, məşhur balerina Leyla Vəkilova (1927-1999) anadan olmuşdur.
1942 – Sovet İttifaqı, Böyük Britaniya və İran arasında faşist Almaniyasına qarşı birgə alyans barədə saziş imzalanıb.
1991 – Türkiyə ilə Azərbaycan arasında ilk hökumətlərarası əməkdaşlıq sazişi imzalanıb.
2004 – Prezident Heydər Əliyevin vəfatından sonra ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fond tərəfindən "2003-cü ilin adamı" mükafatına layiq görülməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

                                                                    
30 yanvar
1872-ci ildə Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyev Şuşada anadan olub.
1936-cı ildə Tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru Araz Dadaşzadə dünyaya gəlib.
1992-ci ildə Azərbaycanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 
1992-ci il müstəqil Azərbaycanın gömrük xidməti yaradılıb. 
1992 – Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci il yanvarın 1-dən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
1992 – Azərbaycan və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) arasında diplomatik əlaqələr qurulub.
1998 – Prezident Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2002 – Prezident Heydər Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Nyu-Yorka gedib.
2003 – Bakıda Azərbaycan və Ukrayna arasında hərbi əməkdaşlıq sazişi imzalanıb.
2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.
2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.

31 yanvar
1830-cu ildə Məşhur xanəndə Hacı Hüsü Şuşada anadan olub.
1884 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-1955) Bakının Novxanı kəndində anadan olub.
1884-cü ildə Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadə anadan olub
1902-ci il Şirvanın qədim paytaxtı, Şamaxı şəhərində zəlzələ olub. 
1902 – Şamaxı şəhərində güclü zəlzələ böyük dağıntı və tələfat (yüzlərlə insan) törədib, əhalinin əksəriyyəti şəhəri tərk etməli olub.
1910-cu ildə Görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti  Ələsgər Ələkbərov anadan olub.
1924-cü ildə Görkəmli Azərbaycan şairi Əli Tudə anadan olub.
1992 – Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər qurulub.
2006 – Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun «2005-ci ilin adamı» mükafatı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təqdim olunub.



Oxunub: 409360