Baş səhifə
» TARİXİ GÜNLƏR
» Sentyabr
Sentyabr1. sentyabr 1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Yusifov (1900-1982) anadan olub. 1907-ci ildə filologiya elmləri doktoru, professor Nəsir Məmmədov doğulub. 1924-cü ildə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vəfat edib. 1949 – Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. 1992 – Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 2. sentyabr 1829 – Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. 1994 – Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi səfir Madlen Olbrayt prezident Bill Klintonun şəxsi təmsilçisi sifətilə Bakıya səfərə gəlib. 1827-ci il sentyabrın 2-də Rusiya qoşunları Azərbaycanın cənub ərazilərini işğal edib. 1991 - Qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaranması. 3. sentyabr 1951 – Xaql artisti, tanınmış aktyor Yaşar Nuri (Nuriyev) Bakıda anadan olub. 1993 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edilib. 2008 – Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni Bakıya gəlib. 1991 - H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi. 4. sentyabr 1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında çar Rusiyası və İran qoşunları arasında döyüş olub. 1918 – Daşnak-eser-menşevik «Sentrokaspi diktaturası» hökumətinin çağırışı ilə Bakıya gəlmiş ingilis hərbi kontingenti şəhəri tərk etməyə başlayıb. 1991 – Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında (sentyabrın 3-də işə başlamışdı) təşkilati məsələyə baxılıb. 1921-ci ildə xalq yazıçısı, Əzizə Cəfərzadə anadan olub. 1932-ci ildə tanınmış Azərbaycan şairi Hafiz Baxış dünyaya gəlib. 5. sentyabr 1892 – ci ildə görkəmli musiqi xadimi, xalq artisti Əhməd Bakıxanov doğulub 1914 – Azərbaycanın əməkdar elm və texnika xadimi, neftçi alim Məmmədpaşa Quluzadə (05.09.1914-28.02.1994) anadan оlmuşdur. 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Aslan anadan olub. 1944 – İctimai-siyasi xadim, şair, dramaturq, publisist Hidayət Orucov Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub. 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması barədə prezident fərmanı verilib. 1993 – Prezident səlahiyyətlərini icra edən Heydər Əliyev Moskvaya səfərə gedib 2002 – Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 6. sentyabr 1841-ci ildə Şuşada Azərbaycan şairi Fatma xanım Kəminə anadan olub. 1916 – İlk azərbaycanlı təyyarəçi, çar Rusiyası ordusunun zabiti Fərrux ağa Qayıbov I Dünya müharibəsində Vilnüs üzərində ilk hava döyüşündə iştirak edib. 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb. 1942 – Böyük Vətən müharibəsi gedişində azərbaycanlılardan ibarət 416-cı Taqanroq milli diviziyası təşkil olunub. Diviziya Şimali Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. 7. sentyabr 1914 – Tanınmış ədəbiyyatşünas və teatrşünas, ictimai xadim Cəfər Cəfərov (07.09.1914-19.09.1973) anadan olmuşdur. 1918-ci il sentyabrın 7-də Azərbaycan Demokratik Respublikası hökuməti orta və ali məktəblərin qeyri-müsəlman tələbələrinə sənət və Azərbaycan dili dərsləri keçilməsi qaydaları barədə qərar qəbul edib. 1939 – Şair, tərcüməçi, ssenarist Mənsur Vəkilоv (Mənsur Fəxri) Bakıda anadan olub. 1991 – Erməni təxribatçı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı növbəti terror aktları həyata keçiriblər. 1998 - Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı 2000 – Nyu-Yorkda BMT-nin "Minilliyin sammiti"ndə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev Baş Assambleyanın təntənəli iclasında çıxış edib. 2006 – BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub. 9. sentyabr 1126-cı ildə böyük Azərbaycan şairi Xaqani Şirvani dünyaya gəlib. 1578 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında çoxillik müharibələrin ikinci mərhələsi başlanıb. 1900-cu ildə Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Həbibulla Şahtaxtinski anadan olub. 1991 – Erməni silahlı dəstələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni terror aktları həyata keçiriblər. 1942 – SSRİ Dövlət Müdafiə Komitəsinin (sədr İosif Stalin) qərarı ilə Azərbaycan SSR ərazisində rəsmən hərbi vəziyyət elan edilib. 1991-ci ildə Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1997-ci ildə Starasburqda Avropa Şurası üzvü olan ölkələrin Zirvə toplantısında Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova GUAM adlanan birlik yaradıblar. 10. sentyabr 1618 – Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) nəticələrinə dair Mərənd sülh sazişi imzalanıb. 1822-ci ildə ilk azərbaycanlı admiral İbrahim Aslanbəyov anadan olub. 1917 - Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarından biri Firuzə Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub. 1931 - Vokal ifaçısı, aktyor, uzun müddət Musiqili Komediya Teatrının solisti olmuş Mobil Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 1935 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud Hacıyev anadan olub. 1939 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. 1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 11. sentyabr 1795 – Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyüş olub. 1813-cü ildə Naxçıvan istisna olmaqla Azərbaycan Rusiyanın tərkibinə daxil edilib. 1828-ci ildə isə Azərbaycanın şimalı bütünlüklə Rusiya imperiyasına qatılıb. 1913 – Tanınmış kinorejissor və operator, xalq artisti Muxtar Dadaşov (1913-1998) anadan olub. 1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski) (8.3.1851 - 11.9.1914) vəfat edib. 1996 – Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına daxil olması və Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Bakı ilə danışıqların intensivləşdirilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edib. 12. sentyabr 1723 – Çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt, Ənzəli) Rusiyanın nəzarətinə verilib. 1801 – Çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. 1887 – Görkəmli yazıçı, tərcüməçi və ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887-1943) anadan olub. 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001, Bakı) vəfat edib. 13. sentyabr 1826 – İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli dərəcədə təsir edən Gəncə döyüşü olub. 1905-ci ildə Azərbaycanın əməkdar artisti Süleyman Tağızadə anadan olub. 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli parlamentə müraciət edərək hökumət kabinetinin istefa verdiyini bildirib. 1922-ci ildə Tanınmış Azərbaycan alimi, akademik Lətif İmanov doğulub.. 1933 – Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın xalq artisti Arif Məlikov anadan olub. 1936-cı ildə Xalq Komissarları Sovetinin qərarı ilə Bakıda Mərkəzi Pionerlər Evi yaradılıb. 14. sentyabr 1939 – Yazıçı, dramaturq Aslan Qəhrəmanlı Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. 1914-cü ildə tanınmış bəstəkar Midhəd Əhmədov doğulub. 1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetidilib. 1924-cü ildə xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arif anadan olub. 1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. 1994 – Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər qurulub. 1998 – Bakıda Azərbaycan qadınlarının qurultayı başlayıb. Bu, müstəqillik dövründə Azərbaycan qadınlarının ilk belə forumu idi. 15. sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti, Cümhuriyyət parlamentinin orqanı olan «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb. 1943 - Rejissor, ssenarist Xamis Muradov anadan olub. 1959 - Müğənni, xalq artisti Brilliant Dadaşova anadan olub. 2004 – Prezident İlham Əliyevin fərmanı ilə (21 avqust 2004) Azərbaycanda bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb. 2004 – Astanada MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında növbəti görüş olub. 2007 - Xalq rəssamı Elbəy Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. 2008 – Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 16. sentyabr 1790-cı ildə Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani anadan olub. 1909-cu ildə Azərbaycan alimi, kimya elmləri doktoru, akademik İzzət Orucova doğulub. 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hökuməti arasında ilk ticarət sazişi bağlanıb. 1926 – Azərbaycanın tanınmış neftçisi Qaraş Əmirov (1926-1973) anadan olmuşdur. 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 1988-ci ildə Bakıda Respublika Şahmat Mərkəzinin açılışı olub. 1989 – Azərbaycan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi"nin ləğv olunması ilə bağlı SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb. 1989 – Erməni təxribatçıları Azərbaycana qarşı daha bir terror aktı həyata keçiriblər. 17. sentyabr 1909-cu ildə ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyova anadan olub. 1917-ci ildə Azərbaycanın tanınmış hərbi xadimi, artilleriya generalı Hüseyn Rəsulbəyov dünyaya gəlib. 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. 1988 – Dağlıq Qarabağın inzibati mərkəzi olan Stepanakertdə (Xankəndi) erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. 18. sentyabr Sentyabrın 18-i ölkəmizdə Üzeyir musiqisi günü kimi qeyd olunur. 1048 – Azərbaycan torpaqlarında təşəkkül tapmış Səlcuq-türk dövlətinin ordusu Bizans, erməni və gürcü feodallarının birləşmiş qoşunlarını darmadağın edib. 1885 – Dahi bəstəkar, musiqişünas alim, dramaturq, publisist, pedaqoq Üzeyir Hacıbəyov (1885-1948) Şuşada anadan olub. 1885 – Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885-28.7.1937) anadan olub. 1978 - Görkəmli aktyor, rejissor, Xalq artisti Adil İsgəndərov (5.5.1910-1978) vəfat edib. 1988 – Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Tehranda vəfat edib. 2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimi keçirilib. 2006 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən Türk dövlət və toplumlarının X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak edib. 19. sentyabr 1909-cu ildə görkəmli dilçi-alim, akademik Məmmədağa Şirəliyev anadan olub. 1922-ci ildə görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Rauf Hacıyev anadan olub. 1939-cu ildə görkəmli şərqşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyeva anadan olub. 1992 – Soçidə Rusiya müdafiə nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşündə atəşkəsə dair razılıq əldə olunub. 1997 – ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planı ilə regiona səfərə gəliblər 2002 – Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendumun yekun nəticələri mətbuatda dərc olunaraq qüvvəyə minib. 20. sentyabr 1827 – Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdərabad qalasını ələ keçiriblər. 1906-cı ildə yazıçı-dramaturq Şəmsəddin Abbasov doğulub. 1907 – Tanınmış riyaziyyatçı, akademik Əşrəf Hüseynov (1907-1980) Cəbrayıl rayonunun Əmirvarlı 1881-ci ildə görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Aslan bəy Səfikürdski anadan olub. 1918 – Türkmənistanın Xəzər sahilindəki Krasnovodsk (indiki Türkmənbaşı) şəhəri yaxınlığındakı Ağcaqum çölündə "26 Bakı komissarları" güllələnib. 1919-cu ildə tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Əjdər İbrahimov anadan olub. 1921 – Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olmuşdur. 1928 – Tanınmış ictimai-siyasi xadim, hüquq elmləri doktoru Murtuz Ələsgərov anadan olub. 1957-Tibb elmləri doktoru, Azad Əliyev anadan olub. 1993 - Görkəmli kinorejissor ("Onun böyük ürəyi", "Ulduzlar sönmür"), ssenarist Əjdər İbrahimov (29.4.1919-1993) vəfat edib. 1994 – Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsinə dair beynəlxalq kontraktın imzalanma mərasimi keçirilib. 1994 - "Əsrin müqaviləsi"nin imzalanması 1994-cü il - Azərbaycan prezidentinin sərəncamı ilə sentyabrın 20-si neftçilərin peşə bayramı elan olunub. 21. sentyabr 1493 – Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. 1865-ci ildə Azərbaycan peşəkar teatrının banilərindən biri, aktyor və pedaqoq Cahangir Zeynalov anadan olub. 1938 - Şair, yazıçı Nurəngiz Gün anadan olub. 1959 – Əməkdar еlm xadimi, prоfеssоr Nizami Cəfərоv Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 1991 – Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəliblər. 1992 – Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki Rusiya (keçmiş SSRİ) Sərhəd Qoşunlarının sonuncu hissələri bölgəni tərk etməyə başlayıblar. 1993 – Milli Məclisin qərarı ilə Azərbaycan ərazisində 1993-cü il aprelin 2-dən qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv olunub. 22. sentyabr 1876-cı ildə Şuşada məşhur xanəndə, «Segah İslam» ləqəbi ilə tanınan əməkdar artist İslam Abdullayev doğulub. 1909-cu ildə Azərbaycanın ilk kinematoqrafçılardan biri, rejissor Səməd Mərdanov dünyaya gəlib. 1918 – Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutanın - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. 1920 – Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ölkə ərazisində müvəqqəti yerli hakimiyyət orqanlarının - yoxsul komitələrinin yaradılması barədə qərar qəbul edib. 1920-ci ildə İkinci Dünya müharibəsinin iştirakçısı, Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılov anadan olub. 1929 – Əməkdar elm xadimi, filosof Həsən Şirəliyev (22.09.1929 - 30.11.1997) anadan olub. 1929 - Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin baş katibi Əhməd bəy Qaracanın (1929-16.5.2005) doğum günüdür. 1990 – SSRİ Ali Sovetinin Azərbaycandan seçilmiş deputatları ittifaq parlamentinə və SSRİ rəhbərliyinə müraciət qəbul edərək azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiyasına siyasi qiymət verməyi tələb ediblər. 2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. 23. sentyabr e.ə. 494-cü il – Tarixi mənbələrə görə, Azərbaycanın qədim şəhəri Gəncənin əsası qoyulub. 1910-cu ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Sabit Rəhman anadan olub. 1914 – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Tutayuq (23.09.1914 - 12.11.1980) Şuşa şəhərində anadan olub. 1928 – Tanınmış opera müğənnisi, xalq artisti Firəngiz Əhmədova anadan olub. 1929 – Əməkdar incəsənət xadimi, yazıçı Əfqan Əsgərоv anadan оlub. 1969 – Şair, publisist Ülvi Bünyadzadə (23.09.1969-20.01.1990) anadan olmuşdur. 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabir Mahmudov, 26.3.1910-1970) vəfat edib. 1989 – Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. 1991 – Jeleznovodsk (Rusiya, Şimali Qafqaz) şəhərində Rusiya prezidenti Boris Yelsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Ayaz Mütəllibov və Levon Ter-Petrosyan arasında görüş keçirilib. 1992 – Azərbaycan Respublikası Vyetnam və Albaniya ilə diplomatik münasibətlər qurub. 2002 – Prezident Heydər Əliyevin Moskvaya səfəri gedişində Rusiya ilə Azərbaycan arasında Xəzərin dibinin bölünməsinə dair saziş imzalanıb. 24. sentyabr 1857-ci ildə Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarov doğulub. 1992 – Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçı ordusu ilə apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağdakı böyük yaşayış məntəqələrdən biri - Xocavənd (Martuni) rayon mərkəzi azad edilib. 1992 – Azərbaycan Respublikası ilə İndoneziya arasında diplomatik münasibətlər qurulub. 1993 – Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. 1994 – Azərbaycan prezidenti Heydər Əliyev ölkədəki vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət edib. 2003 – Azərbaycanın baş naziri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edib. 25. sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Hüseynzadə (1890 - 2.9.1988) anadan olub. 1906 - Azərbaycanın və Türkmənistanın əməkdar artisti Xanlar Haqverdiyev doğulub. 1913 - Uzun illər Milli Dram Teatrının baş rəssamı olmuş, Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. 1918- Azərbaycan Demokratik Respublikası hökuməti Bakıda ilk milli əskinasların dövriyyəyə buraxılması haqqında qərar qəbul edib. 1928- respublikanın tanınmış kinematoqraçılarından olan əməkdar incəsənət xadimi Arif Babayev dünyaya gəlib. 1935 - Ədəbiyyatşünas alim Asif Əfəndiyev (Asif Ata) (1935 - 06.06.1997) anadan olub. 1946 – Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, populyar şair Nüsrət Kəsəmənli (1946-2003 ) anadan olub. 1993 – MDB dövlət başçılarının Moskvada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentəri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında ilk təkbətək danışıqlar keçirilib. 1997 – Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfərə gedib. 1998 – Bakıda Azərbaycan müəllimlərinin X qurultayı keçirilib. 1999 – Birləşmiş Ştatların dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidenti Heydər Əliyevə məktub göndərərək Dağlıq Qarabağ münaqişəsinin kompromis üçün daha cəsarətli addımlar atmağı xahiş edib. 26. sentyabr 1141-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Gəncədə dünyaya gəlib. 1897-ci ildə Şuşada dünya şöhrətli müğənni, lirik dramatik tenor Bülbül dünyaya gəlib. 1918 – Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə endirib. 1943-cü ildə tanınmış tərcüməçi və jurnalist, «Qızıl qələm» mükafatı laureatı Natiq Səfərov anadan olub. 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşovun doğum günüdür. 1961 - Böyük müğənni, SSRİ-nin Xalq artisti Bülbül (Murtuza Məmmədov, 22.6.1897 - 1961) vəfat edib. 1991 – Erməni təxribatçıları Qarabağdakı azərbaycanlı əhaliyə qarşı növbəti terror aktı törədiblər. 2002 – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini nəzərə çatdıran ilk qətnamə qəbul olunub. 2008 – Nyu-Yorkda, BMT Baş Assambleyasının 63-cü sessiyası gedişində Azərbaycan, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əli Babacan və Eduard Nalbandyan arasında görüş keçirilib. 27. sentyabr Bu gün beynəlxalq Turizm günüdür. 1534 – Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusunun Azərbaycan torpaqlarına birinci yürüşü olub. 1911-ci ildə Bakıda gündəlik ictimai – siyasi, ədəbi «Qafqazlı» qəzeti nəşrə başlayıb. 1911-ci ildə görkəmli Azərbaycan bioloqu, akademik, əməkdar elm xadimi Ələkbər Quliyev anadan olub. 1914-cü ildə Təbrizdə Azərbaycan şairi Məhəmməd Biriya doğulub. 1991 – Azərbaycanda Kommunist Partiyasının ardınca respublika kommunist gənclər təşkilatının - komsomolun fəaliyyətinə də xitam verilib. 1994 – BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan prezident Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşüb. 28. sentyabr 616 – Qədim Azərbaycan dövləti olan Albaniyanın (Qafqaz Albaniyası) qüdrətli hökmdarı Cavanşir (616-669) anadan olub. 1908-ci ildə Ərdəbildə 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-ədəbiyyatşünas, əməkdar elm xadimi Mir Cəlal anadan olub. 1912 – Çar Rusiyasında IV Dövlət Dumasına seçkilər başlanıb. İlk iki Dumadan fərqli olaraq, III Duma səlahiyyət müddətini (5 il) tam başa vurmuşdu. 2001 – ABŞ Konqresində Azərbaycana humanitar yardımı qadağan edən 907-ci düzəlişin (1992-ci ildə qəbul olunmuşdu) ləğvi məsələsi gündəmə gəlib. 29. sentyabr 1833-cü ildə Şuşada Azərbaycan şairi, filoloq, rəssam, xəttat və musiqişünas Mirmöhsün Nəvvab anadan olub. 1919-cu ildə Azərbaycan Demokratik Respublikası parlamentinin iclasında Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib. 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması barədə fərman verib. 1994 – Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. 1994 – Bakıda parlamentin vitse-spikeri Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. 2001 – Bakıda prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin görüşündə Azərbaycanla Gürcüstan arasında "Şahdəniz" qazının tranzitinə (Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi) dair saziş imzalanıb. 30. sentyabr 1139 – Gəncədə dəhşətli zəlzələ baş verib. 1884-cü ildə Şuşada tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov anadan olub. 1894-cü ildə Füzuli ənənələrinin ən layiqli davamçılarından olan şair, əməkdar incəsənət xadimi Əlağa Vahid anadan olub. 1903-cü ildə ədəbiyyatşünas və nasir Əhliman Axundov anadan olub. 1920 – Moskvada Sovet Rusiyası ilə Azərbaycan Sovet Sosialist Respublikası arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalanıb. 1920-ci ildə kinorejissor, əməkdar incəsənət xadimi Lətif Səfərov doğulub. 1928-ci ildə görkəmli alim, akademik, əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadə anadan olub. 1990 – Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalıq şəraitində küçirilib. 2002 - "Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi
|