Baş səhifə
» TARİXİ GÜNLƏR
» İyul
İyul1. İyul 1806-tanınmış Azərbaycan yazıçısı, ictimai və hərbi xadim İsmayıl bəy Qutqaşınlı dünyaya gəlib. 1903 – Bakıda ilk ümumi siyasi tətil keçirilib. Əsasən neft sənayesini əhatə edən tətilin tələbləri fəhlələrin iş şəraiti, əməkhaqlarının artırılması ilə bağlı idi. 1920-Tanınmış hərbi xadim, İkinci Dünya müharibəsi illərində tank briqadasında döyüşmüş general Nüsrət Bağırov doğulub 1996 – Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlər qurulub. 1998 – Azərbaycan Respublikası ilə Tunis arasında diplomatik əlaqələr yaradılıb. 2008 – Prezident İlham Əliyev Batumidə (Gürcüstan) Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri liderlərinin sammitində iştirak edib. 2. İyul 1910-Tanınmış Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə doğulub. 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. 1921 – Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Azərbaycan Kişi Pedaqoji İnstitutu adı ilə təsis edilib. 3. İyul 1794-Görkəmli Azərbaycan alimi, yazıçı və dövlət xadimi Abbasqulu Ağa Bakıxanov anadan olub. 1917- Bakıda «Hümmət» qəzetinin birinci nömrəsi çapdan çıxıb. 1993 – Milli Məclis Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin genişlənməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, dünya dövlətlərinə ünvanlanan bəyanat qəbul edib. 2008 – Bakıda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin görüşündə iki ölkə arasında tərəfdaşlığı möhkəmləndirmək barədə birgə bayannamə imzalanıb. 4. İyul 1797 – Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. 1858 - Bakıda Xəzər gəmiçiliyi – ticarət gəmilərinin işini tənzimləyən idarə fəaliyyətə başlayıb. 1912 - Bəstəkar, əməkdar incəsənət xadimi Ağabacı Rzayeva dünyaya gəlib. 1918- Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə strateji məhsul olan dərinin Azərbaycanın hüdudlarından kənara çıxarılması qadağan edilib. 1992 – Azərbaycan Milli Ordusunun hissələri Dağlıq Qarabağın şimalında aparılan hərbi əməliyyat gedişində keçmiş muxtar vilayətin Mardakert (Ağdərə) rayon mərkəzini erməni hərbi birləşmələrindən azad ediblər. 5. İyul 1012-Orta əsr Azərbaycan şairi Qətran Təbrizi anadan olub. 1851-Jurnalist, alim və ictimai xadim İsasultan Şahtaxtinski dünyaya gəlib. 1921 – Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. 2002 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 6. İyul 1878-Azərbaycan jurnalisti, tarixçi, Səttarxan hərəkatının fəal iştirakçılarından biri Mahmud Qənizadə Səlmas şəhərində anadan olub. 1918- Gəncədə ilk radiostansiya fəaliyyətə başlayıb. 1926 - Bakı – Sabunçu dəmir yolu elektrikləşdirilib. Bu Azərbaycan ərazisində ilk elektrik dəmiryol xətti idi. 1927 – Hərbi xadim, tank qoşunları general-mayoru Valeh Bərşadlı anadan olub. 1931-Azərbaycan radiosunda ilk notlu «Şərq» çalğı alətləri orkestri yaradılıb. 1993 – İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının İstanbulda keçirilən zirvə toplantısında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən bəyanat qəbul olunub. 7. İyul 1892- Cənubi Azərbaycanda inqilabi hərəkatın liderlərindən biri, publisist Seyid Cəfər Pişəvəri doğulub. 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub. 1992 – Azərbaycan Respublikası ilə Tailand arasında diplomatik münasibətlər qurulub. 1994 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəş Azərbaycana rəsmi səfərə gəlib. 8. İyul 1909 – Görkəmli dilçi alim, filologiya elmləri doktoru Əbdüləzəl Dəmirçizadə Şəkidə anadan olub. 1992 – ATƏM-in (1995-ci ildən ATƏT) Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. 1996 – Azərbaycan Respublikası ilə Boliviya arasında diplomatik münasibətlər qurulub. 2002 – Türkmənistanın Türkmənbaşı limanında Azərbaycanın Xəzər Dövlət Dəniz Gəmiçiliyinə məxsus "General Şıxlinski" tankerində yanğın baş verib. 2003 – Prezident Heydər Əliyev İtaliya XİN başçısının müavini Marqerita Boniveri, Türkiyənin daxili işlər naziri Abdulkadir Aksunu qəbul edib, Təhlükəsizlik Şurasının iclasını keçirib. 9. İyul 1821 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1906-Görkəmli Azərbaycan alimi, respublika Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru Həsən Əhmədov anadan olub 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. 1926- Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrindən biri, milli teatrın yaranmasında əvəzsiz xidmətləri olan Nəcəf bəy Vəzirov vəfat edib. 1994 – Prezident Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib. 10. İyul 1835 – Görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani Şamaxıda anadan olub. 1884 - Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid Qaytabaşı anadan olub. 1918 – Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər. 1930-Tanınmış nasir, xalq yaziçisi Sabir Əhmədli anadan olub. 1932 – Tanınmış alim, akademik, fizika-riyaziyyat elmləri doktoru Məhəmməd Şahtaxtinski anadan olub. 1934 – Tanınmış riyaziyyatçı alim, pedaqoq, ictimai xadim Zahid Qaralov anadan olmuşdur. 11. İyul 1918 – Görkəmli şair, yazıçı, maarifçi Abbas Səhhət vəfat edib. 1926- Görkəmli ictimai xadim və pedaqoq, əməkdar müəllim, prezidentin fərdi təqaüdçüsü, psixologiya elmləri doktoru İsa Məmmədov doğulub. 1990 – Erməni quldur dəstələri Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran ediblər. 1991 – Erməni silahlı dəstələrinin Ermənistanda azərbaycanlıların sonuncu yaşayış məntəqəsinə - Mehri rayonunun Nüvədi kəndinə basqınları başlayıb. 2000 – Türkiyə prezidenti Əhməd Necdət Sezər prezident postunda ilk xarici səfərini Azərbaycana edib. 12. İyul 1724 – Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il 12 sentyabrda bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. 1862-Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir anadan olub. 1934-Tanınmış şair və şərqşünas alim Hüseyn Kürdoğlu Laçında anadan olub. 1912-Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri, xalq şairi Mirvarid Dilbazi doğulub. 1953 – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. 1988 – Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın ərazisindən çıxması barədə antikonstitusion qərar qəbul olunub. 1993 – Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub. 13. İyul 1830 – Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. 1889 - Görkəmli maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub. 1913-Akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Çingiz Cuvarlı anadan olub. 1918-Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə xalq səhiyyə nazirliyinə hərbi səyyar xəstəxanalar yaradılması tapşırılıb. 1992 – Azərbaycan Respublikası ilə Oman dövləti arasında diplomatik münasibətlər qurulub. 1996 – Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 2006 – Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. 14. İyul 1914 – Qocaman ədəbiyyatşünas, tərcüməçi, pedaqoq Kövsər Tarıverdiyeva İrəvanda anadan olub. 1941-ci ildə tanınmış şair, tərcüməçi və publisist İsa İsmayılzadə doğulub. 1969 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb. KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. 1969-Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. 1989 – Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Stepanakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. 1990 – SSRİ prezidenti M.Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb. 15. İyul 1915 – Tanınmış heykəltəraş, Azərbaycanın xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı anadan olub. 1918 – Azərbycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. 1925 – Azərbaycanın xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev anadan olub. 1925-Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Gülağa Məmmədov anadan olub. 1926 – Xalq artisti, aktrisa Sədayə Mustafayeva anadan olub. 1939 - Ədəbiyyatşünas, publisist Həmid Vəliyev anadan olub. 1952-Azərbaycanda «Kirpi» jurnalı çap olunmağa başlayıb. 1992 – Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy ölkənin milli valyutasının - manatın dövriyyəyə buraxılması barədə fərman verib. 16. İyul 919 – Ərdəbil yaxınlığında Azərbaycan Sacilər dövlətinin başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət ordusu arasında döyüş olub. 1804 – Birinci Rusiya-İran müharibəsi başlanıb. 1934 - Azərbaycanın əməkdar memarı Rasim Əliyev Gəncədə anadan olub. 1989 – Bakıda yarıgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. 1999 – İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. 17. İyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai Ərdəbildə anadan olub. 1906-Görkəmli tarixçi-alim Sara Aşurbəyli anadan olub. 1913 – Xalq artisti, tanınmış estrada müğənnisi Mirzə Babayev anadan olub. 1928-Görkəmli alim, dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadə anadan olub. 1920 – İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud ağa Cavanşir İstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib. 1953-Tanınmış aktyor, xalq artisti Telman Adıgözəlov anadan olub. 1967 – Azərbaycanın tanınmış jurnalisti, “Monitor” jurnalının qurucusu və baş redaktoru Elmar Hüseynov anadan olub. 2006 – «Böyük 8-lik» ölkələri (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Yaponiya, Rusiya) başçılarının Sankt-Peterburqda keçirilən sammitinin yekun bəyannaməsində Dağlıq Qarabağ sülh prosesinə də yer ayrılıb. 18. İyul 1908 – Səttərxanın başçılıq etdiyi inqilab (Məşrutə-Konstitusiya inqilabı) Təbrizdə qələbə çalıb. 1927 – Tanınmış heykəltəraş, xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub. 1932-ci ildə filologiya elmləri doktoru, əməkdar elm xadimi Azadə Rüstəmova anadan olub. 1988 – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirilib. 2009 – Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev arasında Qarabağ nizamlanması ilə bağlı görüş keçirilib. 19. İyul 1826 – İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. 1910-Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev anadan olub. 1918-Yüngül atletika üzrə məşqçi Əfqan Səfərov dünyaya gəlib. 1915 – Tanınmış opera müğənnisi, xalq artisti Ağababa Bünyadzadə (1915-1974) anadan olmuşdur. 1920 – Xalq Cümhuriyyətinin qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. 2007 – Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə növbəti siyasi göstəri - «prezident seçkisi» keçirilib. 20. İyul 1402 – Ankara yaxınlığında özbək-türk hökmdarı Teymurləngin (Əmir Teymur) qoşunları ilə Osmanlı sultanı İldırım Bəyazidin ordusu arasında tarixi döyüş olub. 1894-Tanınmış aktyor, xalq artisti Ağahüseyn Cavadov dünyaya gəlib. 1918 – Xalq Cümhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik «Bakı Kommunası» qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. 1955-Tanınmış musiqiçi, əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Həsənağa Qurbanov anadan olub. 2001 – Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. 21. İyul 1919-Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə qəbul edilib. 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. 1920-ci il iyulun 21-də erməni quldur dəstələri Zəngibasara basqın ediblər. 1950-ci ildə Azərbaycan ifaçılıq sənətinin tanınmış nümayəndəsi, xalq artisti Məmmədbağır Bağırzadə anadan olub. 2002 – Ukraynanın Yalta şəhərində (Krım) GUAM ölkələri dövlət başçılarının zirvə görüşü keçirilib. 22. İyul Bu gün Milli Mətbuat və Jurnalistika günüdür. 1875 – Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. 1882 – Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Karabəkir paşa anadan olub. 1884 – Məşhur filosof və tarixçi, Azərbaycanda fəlsəfə elminə mühüm töhfələr vermiş Aleksandr Osipovic Makovelski anadan olub. 1941 – Xalq artisti, Azərbaycan radiosunun tanınmış diktoru, teatr xadimi Yusif Mehdi oğlu Muxtarov Sabirabad rayonunun Kür kəndində anadan olub. 1990 – Heydər Əliyev 1982-ci ildən yaşadığı Moskvadan Azərbaycana qayıdıb. 1993 – Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi zonasından kənarda olan Tərtər və Qazax rayon mərkəzlərini raket atəşinə tutub. 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. 23. İyul 1883-Ədəbiyyatşünas və publisist Abdulla Sur anadan olub. 1898-Görkəmli səhnə ustası, xalq artisti İsmayıl Talıblı doğulub. 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Maral Rəhmanzadə anadan olmuşdur. 1991 – "Nezavisimaya qazeta"da (Rusiya) ittifaq əhəmiyyətli təqaüdçü, Azərbaycan Ali Sovetinin və Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin Sov.İKP sıralarını tərk etməsi barədə bəyanatı dərc olunub. 1993 – Ermənistanın silahlı qüvvələri Ağdam istiqamətində genişmiqyaslı hücumdan sonra rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək səhər erkən Ağdam şəhərinə daxil olublar. 24. İyul XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiqin xatirə günüdür. 1993 – Erməni qüvvələrinin Ağdamı işğal etməsi ilə əlaqədar Rusiya XİN və ABŞ Dövlət Departamenti bəyanat yayıb. 2001 – Bakı İran hərbi gəmilərinin Xəzərdə kəşfiyyat aparan Azərbaycan gəmilərinə hücum etməsi ilə bağlı bu ölkəyə etiraz notası verib. 25. İyul 1909-Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Vladimir Volobuyev anadan olub. 1918 – Azərbaycan-Türk (Osmanlı) qüvvələrinin Kürdəmir-Şamaxı cəbhəsi istiqamətindən Bakıya doğru irəlilədiyini görən daşnak-bolşevik «Bakı Soveti» hökuməti İran (Cənubi Azərbaycan) ərazisindəki ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib. 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muğan-Lənkəran bölgəsindəki üsyanı yatırıblar. 1990 – SSRİ-nin siyasi rəhbərliyi - Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib. 1992 – Azərbaycan Respublikası ilə Sudan dövləti arasında diplomatik münasibətlər qurulub. 26. İyul Bu gün görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının xatirəsi yad edilir. 1938 - Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib. 1992 – SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. 1994- Azərbaycan prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. 27. İyul 1804 – Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər. 1826 – Gəncədə çar Rusiyasının müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. 1897-Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyev dünyaya gəlib. 1921-Görkəmli səhənə ustası, respublikanın xalq artisti Nəcibə Məlikova anadan olub. 1933- Azərbaycan musiqisinin əvəzsiz təbliğatçısı, əməkdar incəsənət xadimi Gülarə Əliyeva dünyaya gəlib. 1997 – Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmiş, iyulun 29-da Vaşinqtona getmişdi. 2002 – Prezident Heydər Əliyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının ilk məzun buraxılışında iştirak edib. 28. İyul 1723 – Çar I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. 1923-Tanınmış şair, ədəbiyyatşünas, Dövlət mükafatı laueratı Qasım Qasımzadə doğulub. 1931 – Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov Şəmkirdə anadan olub. 1935 – Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti Vasif Adıgözəlov anadan olub. 1990 – Azərbaycanda başda Xalq Cəbhəsi olmaqla demokratik qüvvələrin ilk ümumrespublika forumu keçirilib. 2001 – Türkmənistan Azərbaycanın “Əsrin müqaviləsi” çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota göndərib. 29. İyul 1989 – Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı ilə bağlı 853 saylı qətnamə qəbul edib. 2002 – Milli Məclisin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim olunmuş qanun layihəsi müzakirə edilərək bəyənilib. 30. İyul 1435 – Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. 1744 – İran taxt-tacının azərbaycanlı (türk) hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə yürüş edib. 1918 – Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. 1969 - Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədov (1969-1992) Qubadlı rayonunda anadan olub. 31. İyul 1918 – Daşnak-bolşevik «Bakı Soveti»də parçalanma baş verib. Erməni daşnaklar eser və menşeviklərlə birləşərək bolşevik hökumətini – Stepan Şumayanın başçılıq etdiyi Bakı Kommunasını (Bakı Xalq Komissarları Soveti) deviriblər. 1926 – Akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mitəd Abbasov anadan olub. 1991 – Erməni terrorizmi Azərbaycana qarşı növbəti qanlı aksiyanı həyata keçirib. 2002 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yardılması haqqında" fərman imzalayıb.
|