Baş səhifə
» AVROVİZİYA
» Avroviziya-2012
» Azərbaycan-Avroviziya-2012
Azərbaycan-Avroviziya-2012Azərbaycanın “Avroviziya” mahnı yarışmasında dördüncü dəfə iştirak etməyinə baxmayaraq ifaçıların musiqi potensialı Avropaya Azərbaycanın zəngin musiqi diyarı olmasını sübut etdi. Beləliklə, yarışmanın qaydalarına görə, “Avroviziya 2012” 57-ci Mahnı Müsabiqəsi gələn il Azərbaycanda - paytaxt Bakı şəhərində keçiriləcək. Artıq ”Avroviziya" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi ölkənin “Avroviziya” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbərinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avroviziya 2012” müsabiqəsi haqqında iki sərəncam imzalamışdır: Azərbaycan Respublikasının Prezidentinin “Avroviziya 2012″ mahnı müsabiqəsinin keçiriləcəyi yer ilə bağlı sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində beynəlxalq standartlara cavab verən müasir İdman-Konsert Kompleksi inşa edilsin. 2. Kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. 3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 3.1. Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etsin; 3.2. Kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görsün; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 iyul 2011-ci il. "Avroviziya -2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə bu ilki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində "Avroviziya-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. 2012-ci ilin may ayında Bakı şəhərində "Avroviziya -2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Təşkilat Komitəsinin üzvləri Elmar Məmmədyarov -Azərbaycan Respublikasının Xarici Işlər Naziri Ramil Usubov -Azərbaycan Respublikasının Daxili Işlər Naziri Şahin Mustafayev -Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Naziri Əbülfəs Qarayev -Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əli Abbasov -Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Naziri Azad Rəhimov -Azərbaycan Respublikasının Gənclər və Idman Naziri Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Cahangir Əsgərov -"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev -"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev -"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin sədri İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri 2. Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 may 2011-ci il
|