Maddi-mədəniyyət nümunələri
Azərbaycan mədəniyyəti zəngin və qədim tarixə malikdir. Qazıntılar nəticəsində aşkar olunmuş arxeoloji tapıntılar, nəsillərdən nəsillərə ötürülərək günümüzə gəlib çıxmış zərgərlik işləri, daş-qaşlar, Azərbaycanın milli geyimləri, xalça və xalçaçılıq işləri, tikmələr, mis sənət işləri, qədim və orta əsrlər dövrünün pulları, şərq silahları, arxeolji tapıntılar azərbaycanlıların yaratdığı maddi-mədəniyyət inciləridir. Min illər ərzində Azərbaycan ərazisində mövcud olan və dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs hazırda muzeylərdə qorunub saxlanılır. Həmin qədim əşyalar bir daha sübut edir ki, Azərbaycan qədim mədəniyyət beşiklərindəndir.
Azərbaycanın qədim və orta əsrlər tarixi ulu əcdadların həyat tərzindən, əmək fəaliyyətindən, onların mübarizə üsullarından, düşüncə tərzindən, başqa xalqlar, ölkələr və şəhərlərlə əlaqələrindən xəbər verən maddi-mədəniyyət nümunələrinin köməyi ilə öyrənilir. Daş dövründən tutmuş son orta əsrlərədək tarixin bütün mərhələlərini əhatə edən çoxsaylı nadir əşyalar aşkar edilərək tədqiq olunmuşdur.
Azərbaycanın maddi-mədəniyyət nümanələrinə daxil olan eksponatlar müxtəlif profilli - tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeylərində saxlanılır. Hazırda ölkənin 229 muzeyində ümumilikdə 1 milyon 198 min əşya vardır. Həmin nümunələri diqqətinizə çatdırırıq: