Baş səhifə
» KİNO
» Film - Tamaşalar
» Televiziya tamaşaları haqqında
Televiziya tamaşaları haqqında1960-cı illərin ortalarında Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev və s. kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərmişdilər. Bir sıra ekspertlərin televiziya incəsənətinin «Paqanini»si adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bu üslubun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı «Qar» teletamaşası ilə qoymuşdur. 70-80-ci illərdə Azərbaycan televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb etmişlər. İlk dəfə olaraq Ramiz Həsənoğlu televiziya tamaşalarında natura çəkilişləri (“Evləri köndələn yar” tamaşası) aparmışdır. 1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə «Sabah» yaradıcılıq birliyi yaradılmışdır. «Sabah» ilkin olaraq Cəlil Məmmədquluzadənin «Kamança» pyesinin motivləri əsasında televiziya tamaşası hazırlamışdır.
|