Baş səhifə
» NAXÇIVAN
» Araz Türk Respublikası
Araz Türk Respublikası![]() Respublikanın idarəetmə tərkibi belə idi: sədr – Əmir bəy Zamanbəyzadə, hərbi nazir-İbrahim bəy Cahangirzadə, maliyyə naziri- Qəmərəli bəy Bənənyarlı, kənd təsərrüfatı naziri – Bağır bəy Rzazadə, ədliyyə naziri – Məmməd Bəyzadə, xarici işlər naziri – Həsən bəy Şərifzadə, şeyxülislam – Mirzə hüseyn Vaizi İrəvanlı və müfti – Xoca Əkid əfəndi Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün də türk komandanlığı Xəlil bəyi respublika hökuməti yanında daimi hərbi müşavir təyin etmişdi. Bundan əlavə türklər burada 300 əsgər və 5 zabit qoyub getmişdilər. Silahlı qüvvələrin tərkibində cəmiyyətin bütün təbəqələrindən, o cümlədən xanlar, bəylər, tacir uşaqları, kəndlilər xidmət edirdilər. 1919-cu il dekabrın əvvəlində respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi. Erməni genosidindən xilas olan qaçqınlar böyük bir axınla Ermənistandan Araz-Türk Respublikasına gəlirdilər. 1919-cu ilin yanvarında onların sayı 100 min nəfərə çatmışdı. Araz-Türk Respublikası hökumətinin məlumatına görə bütün bunların nəticəsində “burada əhalisi ancaq müsəlmanlardan ibarət olub sayı 500 min nəfərə çatan ərazi yaranmışdı”. Naxçıvanda müstəqil respublikanın yaranması daşnak bölgələrinin möhkəm qəzəbləndirmişdi. 1918-ci ilin dekabrında Ermənistan Respublikası Araz-Türk Respublikasına qarşı geniş miqyaslı təcavüzə başladı və bunun nəticəsi olaraq Araz Türk Respublikası üç ay da yaşamadı. Amma bu qısa müddətdə yerli azərbaycanlıların düşmənə qarşı mübarizədə birləşməsində mühüm rol oynadı.
|