Baş səhifə    » COĞRAFİYA    » Azərbaycan Qırmızı Kitabı   

Azərbaycan Qırmızı Kitabı

  


Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. 
Azərbaycan Respublikasınn “Qırmızı Kitabı”na düşmüş nadir bitki və heyvanlar bunlardır:

Qırmızı kitaba düşmüş bitkilər
Hirkan şümşadı
Dəmirağac
Şabalıdyarpaq palıd
Hirkan ənciri
Hirkan armudu (Pyrus hyrcana)
Xəzər lələyi
İkək akasiyası
Qafqaz xurması
Ürəkyarpaqlı qızılağac
Budaqlı danaya
Hirkan bigəvəri
Eldar şamı
Qafqaz rododendron
Çoban sarmaşığı
Laqodex acıçiçəyi
Təmiz kladoxeta
Qaraçöhrə
Şərg çinarı
Qafqaz xədicəgülü
Məxməri gərməşov
Naxçıvan gəvəni
Araz palıdı
Xəzər zəfəranı
Su zanbağı
Qafqaz dəmirağacı

Qırmızı kitaba düşmüş heyvanlar
Talış qırqovulu
Hirkan arıquşu
Qara leylək
Qıvrımlələk qutan
Mərmər cürə
Ağquyruq Dəniz qartalı
Məzar qartalı
Berkut
Laçın
Turac
Forel balığı
Təkə
Köpgər (qaranaca)
Muflon
Qagqaz tetrası
Qagqaz uları
Çöl qartalı
Ardıc ağıriyli
Şahin
Toğlugötürən
Çəhrayı qutan
Bəzgək
Dovdaq
Sultan toyuğu
Ərsindimdik
Qızılqaz
Qırmızıdöş qaz
Fısıldayan qu
Kiçik qu
Ceyran
Çökəkburun cüllüt
Ağquyruq çökəkburun
Çöl haçaquyruq cüllütü
Turan pələngi
Göl pişiyi
Ön Asiya bəbiri
Zaqafqaziya dağ qoyunu
Zaqafqaziya bezoar keçisi
Zaqafqaziya qonur ayısı
Zolaqlı kaftar
Vaşaq
Manul pişiyi
Adi uzunqanad
Cənub nalburnu
Enliqulaq bükükdodaq
Sarıqlı safsar
Suriya sarımsaq qurbağası
Adi triton
Daraqlı triton
Adi (boz) quru qurbağası
Kiçik Asiya gürzəsi
Eskilon ilan
Zaqafqaziya təlxəsi
Aralıq dənizi tısbağası
Xarabalıq kələzi
Qızılı mabuya
Zolaqlı çılpaqgöz
Ox-ilan
Zaqafqaziya takır girdəbaşı
Ağ durna
Baloban
Toğlugötürən
Şahin
Cek
Çay qaraquşu
İncədimdik kronşnep (əyridimdik)
İlanyeyən
Xəzər uları
Tetraçalan
Türküstan tüviki
Qaraqarın bağrıqara
Ağboğaz bülbül
Səhra qar quşu
Dağ keçisi



Oxunub: 415923