Baş səhifə
» COĞRAFİYA
» Nəqliyyat coğrafiyası
Boru nəqliyyatı
Respublikanın Abşerondan kənar regionlarında, Xəzərdə neft-qaz yataqlarının istismarı artdıqdan sonra və Bakıda iri neftayırma zavodlarının tikilməsi nəticəsində burada boru kəmərləri şəbəkəsi genişlənmişdir. Əli Bayvamlı-Bakı neft kəməri 1963-cü ildə çəkilmişdir. Onun uzunluğu 134 km-dir. Neft Daşları-Bakı, Siyəzən-Bakı neft kəmərləri də məhz bu dövrdə tikilmişdir. Azərbaycanda neft kəmərlərinin uzunluğu 4,6 min km-dən çoxdur. Neftin boru kəmərləri ilə daşınması dəmir yoluna nisbətən üç dəfə ucuz başa gəlir. Qaz kəmərlərinin çəkilməsi də bu sənaye sahəsinin yaradılması ilə eyni vaxtda başlamışdır. Qaradağ-Ağstafa-Tbilisi- İran-Astara-Qazı Məmməd qaz kəmərləri Zaqafqaziyanı bu yanacaq növü ilə təmin etməyə xidmət etmişdir. 1959-60-cı illərdə çəkilmiş Qaradağ-Ağstafa-Tbilisi qaz kəmərinin uzunluğu 511 km-dən çoxdur. Zirə-Bakı, Neft Daşları-Bakı, Siyəzən-Sumqayıt, Qaradağ-Salyan, Qalmaz-Əli Bayramlı, Siyəzən-Güzdək, Qaradağ-Bakı, Qaradağ-Sumqayıt qaz kəməri xətləri hasil edilən mavi yanacağı istehlakçılara çatdırır. Magistral xətlərdən respublikanın bir çox yaşayış məntəqələrinə qollar ayrılır. Məsələn, Yevlax-Şəki, Yevlax-Ağdam-Naxçıvan qaz kəmərləri belə qollara aiddir. Xəzər dənizinin Azərbaycan bölməsində çıxarılması nəzərdə tutulmuş neftin dünya ölkələrinə göndərilməsi üçün 1995-ci ii oktyabnn 19-da iki neft kəməri marşrutu müəyyən edilmişdir. Onladan birincisi Şimal marşrutu adlanır. Bakı-Qroznı-Tixovetsk-Novorossiysk neft kəməri xəttinin ümumi uzunluğu 1346 km, o cümlədən Azərbaycanda 230 km-dir. 1997-ci il oktyabrın 25-də bu neft kəməri ilə ilk neft yola salınmışdır. Gələcəkdə il ərzində 5 mln ton neft yola salmaq mümkün olacaqdır. İkinci neft kəməri Qərb marşrutudur. Uzunluğu 920 km olan bu xəttin 480 km-i Azəvbaycanın ərazisindən keçir. Bu xətt 1999-cu il aprelin 17-də istifadəyə verilmişdir. Bakıdan Gürcüstanın Qara dəniz sahillərində yerləşən Supsa (Poti şəhəri yaxınlığında) limanına qədər uzanan ikinci neft kəməri vasitəsilə Xəzər nefti Qərb ölkələrinə göndərilir. Bu marşrut ildə 15 mln ton nefti dünya bazarına çıxarmağa imkan verəcəkdir. Türkiyədə-Aralıq dənizi sahillərində yerləşən Ceyhan limanına qədər Bakı-Supsa neft kəməri çəkilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1730 km olacaqdır. Onun 468 km-i Azərbaycanın ərazisindən, 225 km-ı Gürcüstan ərazisindən, 1037 km-i Türkiyədən keçəcəkdir. Kəmər ildə 50 mln ton neftin dünya bazarına çıxarılmasına imkan verəcəkdir.
|