Baş səhifə    » İCTİMAİ QURUMLAR    » İctimai birliklər   

Azərbaycan Yazıçılar Birliyi

  

Azərbaycan Yazıçılar Birliyi Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatıdır. Birliyin əsas vəzifəsi gənc yazarların ədəbi-bədii fəaliyyətinə əməli dəstək vermək, dünyanın müxtəlif ölkələrində yaşayan yaradıcı azərbaycanlıları milli ədəbiyyat ətrafında birləşdirmək, sənətkar-oxucu  əlaqələrini genişləndirmək, Azərbaycan ədəbiyyatını xaricdə təbliğ  etməkdir. 
1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib və şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirmişlər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılmış, ədəbi dərnəkləri öz ətrafında birləşdirmişdir. 
1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alınıb. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaranıb.
1932-ci ilin aprel ayından Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər həyata keçirilməyə başlayıb və iki ildən sonra 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır. 

Ünvan: Bakı, Xaqani 25
Tel: (+99412) 493-84-91
Faks: (+99412) 493-52-25
Veb-səhifə: www.azyb.net 



Oxunub: 458404