Baş səhifə    » İCTİMAİ QURUMLAR    » Vəkillər Kollegiyası   

Vəkillər Kollegiyası

  


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyətə başlamışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Kollegiyanın təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Kollegiyanın vəzifəsi
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Ünvan: Bakı şəhəri, AZ 1000, S.Vurğun küçəsi 32,
Tel: (+994 12) 594 14 95
        (+994 12) 594 08 70
Veb səhifə:    www.barassociation.az



Oxunub: 529850