Baş səhifə
» İCTİMAİ QURUMLAR
» İctimai birliklər
» Azərbaycan Jurnalistlər Birliyi
Azərbaycan Jurnalistlər BirliyiAzərbaycan Jurnalistlər Birliyi 1959 -cu ilin mart - aprel aylarında təsis edilmişdir. O vaxt "Bakı" -"Baku" axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev və yazıçı - publisist Oqtay Salamzadə təsisçilər qrupuna daxil edilmişdilər. Birliyin Rəyasət Heyətinə İsrafil Nəzərov, Ağababa Rzayev, Fazil Sadıqov, Rəşid Mahmudov, Teymur Əliyev (Elçin), Seyfəddin Abbasov (Dağlı), Adil Əfəndiyev, Yefim Qurviç və başqaları daxil idi. Birlik öz Nizamnaməsinə uyğun olaraq nəzərdə tutulan vaxtlarda qurultaylar, plenumlar keçirir, kütləvi məlumat və təbliğat vasitələrinin fəaliyyətini istiqamətləndirir, seminarlar, müsabiqələr, sərgilər, mətbuat konfransları təşkil edir, xarici ölkələrin jurnalistləri ilə əlaqələri genişləndirirdi. Xüsusilə, Türkiyə jurnalistləri ilə tez - tez təmasda olurdu. Birliyin ikiillik jurnalist sənətkarlığı institutu, foto - studiyası, "Jurnalistika" və "Müxbir" kimi dövri nəşrləri vardı. Bütün bunlar Birliyə böyük hörmət qazandırmışdı. 1964-cü il may ayının 5-də O.Salamzadənin təşəbbüsü Azərbaycan Jurnalistlər Birliyi ilə "Qızıl qələm" - media mükafatı təsis edilmişdir. Hal-hazırda Azərbaycan Jurnalistlər Birliyi Azərbaycanda ictimai fikrin formalaşdırılması və ifadə edilməsi üçün jurnalistlərin səylərini birləşdirmək yönümündə öz fəaliyyətini davam etdirir. Veb-səhifə: www.ajb.az
|