Baş səhifə    » İNCƏSƏNƏT    » Xəttatlıq    » Xəttatlar   

Xəttatlar

  

Xəlvəti Xacə Əbdürrəhim 
Xəlvəti Xacə Əbdürrəhim XV əsr məşhur Azərbaycan xəttatıdır. Məşhur xətt ustası Mövlanə Şəmsəddin Məhəmmədin oğludur. Klassik xətt növlərindən xüsusilə,süls xəttinin mahir ustası kimi tanınıb. Xəttatlıq sənətinin görkəmli nümayəndələri Nemətulla Bəvvab və Cəfər Təbrizinin müəllimi olub.

Süleyman Xəttablı
Süleyman Xəttablı XVI əsr tanınmış xəttatıdır. Əmircan məscidinin kitabəsini hazırlayıb.

Mirzə Mehdi
Mirzə Mehdi XIX əsr xəttatıdır. Goranboyun Rəhimli kənd qəbristanlığında Səbir türbəsinin daş kitabını işləyib.

Gülxan Bəydəmir 
Daş üzərində oyma sənəti ilə məşğul olan Gülxan Bəydəmir bu sahədə öz davamçılarını yetişdirib. O, əsasən daşların üzərindəki xətt yazı sənəti, yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənəti ilə maraqlanıb. 
Gülxan Bəydəmir 1970-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə (ADRM) qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində ilk sulu boya (fərdi) sərgisini açıb. 1972-ci ildə Xabarovski vilayət rəssamlarının rəsm sərgi və yarışmasında ikinci yeri qazanıb. 1976-cı ildə Rəssamlıq Məktəbini bitirdikdən sonra sərbəst rəsm çalışmaları ilə bir çox sərgilərdə iştirak edib. 
1995-ci ildə Türkiyəyə gedərək orada İslam təsəvvüfü ilə tanış olub və eyni zamanda xətt ustalarından dərs alıb. 2006-cı ildə Bakıda fərdi xətt sərgisini açıb.
2007-ci ildə Almaniyada və Avstriyada sərgilərini açdı. Gülxan Bəydəmirin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınıb.
2006-cı ildə İstanbulda keçirilən xətt yarışmasında "Ahmed-Muhammed" adlı əsəri ilə birinci mükafatı alıb. 2007-ci ildə Hz.Mövlanə xətt yarışmasında birincilik qazanıb.
2010-cu ildə Bakıda ikinci fərdi xətt sərgisini keçirib. Bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınmışdır

Seyfəddin Məhəmmədvəliyev 
Seyfəddin Mənsim oğlu Məhəmmədvəliyev 1960-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1975-ci ildə İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyir.
 “Soltan Məhəmməd”, “Rəhil” adlı əsərləri Berlindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanılır. Əlyazmalar İnstitutunun (Əİ) ekspozisiyasında klassik şair və yazıçılarımıza həsr olunmuş işləri nümayiş etdirilir. 
Əlyazmalar İnstitutunun ekspozisiyasında Azərbaycanın on iki klassikinin adı ilə bağlı işləri ardıcıl nümayiş etdirilir. Bir sıra işləri Bakıda və dünyanın çeşidli ölkələrindəki şəxsi kolleksiyalarda saxlanılır. “İnsanlar, ağaclar” adı altında 24 əsərindən ibarət açıqcalar toplusu çıxıb.



Oxunub: 600388