Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 1992-ci ildə yaradılmışdır. Bu təşkilat respublikada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. AAK elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə alimlik dərəcələrinin (elmlər namizədi, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali məktəblərdən təqdim olan attestasiya işlərinin ekspertizasını həyata keçirir. İşləri, alimlik dərəcələrinə və elmi adlara olan tələblərə cavab verən iddiaçılara AAK tərəfindən müvafiq alimlik dərəcələri və elmi ad verilir, habelə uyğun diplom və attestat təqdim edilir.
Ali Attestasiya Komissiyası öz fəaliyyətində bilavasitə Respublika Prezidentinə tabedir və onun qarşısında hesabat verir. Onun işləmə prinsipi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Respublika Prezidentinin fərman, sərəncam və göstərişləri, həmçinin qəbul edilmiş Əsasnamə ilə tənzimlənir.
Ünvan: AZ1001, Bakı, İstiqlaliyyət küçəsi, 8
Tel./faks: (+994 12) 492 76 46
Veb səhifə: www.aak.gov.az