Baş səhifə    » FƏLSƏFƏ    » XVII-XVIII əsrlərdə fəlsəfə   

Klassik fəlsəfənin nümayəndələri

  

Orta əsrlərdə Azərbaycanda yaranıb tərəqqi dövrü keçirmiş klassik fəlsəfənin ideologiyalar, təlimlər sinkretik şəkildə XVII əsrdə davam etməkdə idi. Bu dövrdə fəaliyyət göstərmiş alimlərin yaradıcılığı universal səciyyə daşısa da onlardan bəziləri ictimai, digərləri dəqiq elmlərə daha artıq meyilli olmuşlar. 
XVII-XVIII əsr Azərbaycan klassik fəlsəfəsinin ən görkəmli nümayəndələri Məliksəid Məhəmməd oğlu, Məhəmməd Tağı Tufarqanlı, Məhəmməd Əmin Şirvani və Rəcəbəli Təbrizini göstərmək olar
Məliksəid Məhəmməd oğlu hikmət (fəlsəfə) və dəqiq elmləri, habelə təsəvvüfü yaxşı bilmişdir. Məhəmməd Tağı Tufarqanlı (...-1622) təbib olmuşdur. Onun məntiqə dair bir mənzuməsi, tibbə dair bir traktatı və şeirlər divanı vardır.
Məhəmməd Əmin Şirvani (...-1626) hərtərəfli biliyə malik alim və filosofdur. Mütəfəkkirin yaradıcılığı çoxsahəli olub, ensiklopedik səciyyə daşıyır. Məhəmməd Əmin Şirvaninin yaradıcılığında "Elmlərin mövzuları" əsəri əsas yer tutur. Müəllifin əsərində elmin mahiyyəti və təsnifatı, şəriət elmləri, ədəbiyyat elmləri, əqli elmlər, padşahların davranış qaydaları haqqında elm öz ifadəsini tapmışdır. Eyni zamanda burada varlığa, idraka, məntiqə, habelə fəlsəfənin əməli hissəsinə -siyasətə və etikaya dair geniş və dürüst araşdırmalar aparılmışdır.
Məhəmməd Əmin Şırvani elmləri müxtəlif baxımdan qisimlərə bölmüş, təsnif etmişdir: nəzəri və əməli, fəlsəfi və qeyri-fəlsəfi. Alimin əsərləri Qahirədə, Leydendə, Sankt-Peterburqda və İstanbulda saxlanılır.
Yusif Qarabaği (...-1644) sxolast, fılosof və kübravilik sufi ordeninin nümayəndəsidir. Onun
Quranın təfsiri ilə əlaqədar daha bir neçə əsəri vardır. Onun "Yeddi behişt" ("Həft behişt") əsəri xüsusilə maraqlıdır. Əsər insanda ruhi və fıziki qaydada gizlənmış quvvələrə həsr edilmişdir. Burada cisim, nəfs, yuxular, ilhm, vəhy, xarıci və daxili hisslər barədə söhbət gedir. Yusif Qarabağinin əsərlərinin əlyazması nüsxələri hal-hazırda Özbəkistanda saxlanılır.
Mirzə Şirvani (...-1686) fiqh (hüquq), hədis, məntiq, fəlsəfə, ədəbiyyat və s. sahələrində məşhur olmuşdur. O, peyğəmbərlik, başçılıq və həndəsə barədə traktatların müəllifıdir.
Azərbaycanda XVIII əsrdə az da olsa daha çox dəqiq elmlərlə məşğul olan yaradıcı ziyalıların adlarına rast gəlinir. Bu əsrdə yaşamış Məhəmməd Təbrizi, Ağa Hüseyn Təbrizi, Mirzə Həsən Zünuzi kimi dəqiq elmlər və riyaziyyatla məşğul olan mütəfəkkirlərin adını çəkmək olar.
XVII-XVIII əsrlərdə klassik fəlsəfənin bu bu istiqamətə yönəlməsi Azərbaycan kimi bütün Şərqi xalqları üçün ümumi idi.



Oxunub: 385477