Baş səhifə
» GERB
» Gerb haqqında qanun
Gerb haqqında qanunAzərbaycan Respublikasının Dövlət gerbi haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edilsin. 2. Bu Qanun imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 2. Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 Mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin. 3. Bu Qanun imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 23 Fevral tarixli qərarı ilə təsdiq edilmişdir
|