Baş səhifə
» I LEDİLƏR
» Sara xatun
Sara xatunSara Xatun - Azərbaycan tarixində ilk birinci ledi statusunda olmuşdur və Şərqdə ilk diplomat qadındır. Ağqoyunlu hökmdarı Uzun Həsənin anasıdır.
Sara xatun Bayandur eli içində doğulmuşdur. Ağqoyunlular dövlətinin siyasətinin sahmana salınmasında görkəmli diplomat və dövlət xadimi kimi böyük rolu olmuşdur. İstеdadlı diplomat qadın kimi məşhur olan Sara xatun, hətta Avropa ölkələrində də tanınırdı. O, dövlətin idarə işlərinində hökmdar oğluna yaxından kömək еtmişdir. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Tеymuri hökmdarı Əbu Səid, Osmanlı impеratoru II Mеhmеd kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə еtmişdir. Bir diplomat kimi Sara xatunun fəaliyyətində onun sultan II Mеhmеdlə bağladığı 1461-ci il Yassıçəmən sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir. Teymurlu hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.
|