Baş səhifə    » TƏHSİL    » Təhsilin tarixi   

Təhsilin tarixi

  

Azərbaycan Xalq Cümhuriyyəti dövrü
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə xalq maarifi və təhsili üzrə ilk nazirlik- Xalq Maarifi Nazirliyi yaradılıb. Bu nazirlik Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən ibarət strukturu təsdiq olunub:
1. Ümumi orta təhsil;
2. Ali və orta ixtisas təhsili;
3. Peşə məktəbləri.

Azərbaycan SSR dövrü
28 aprel 1920-ci ildə Azərbaycan Sovet Sosialst Respublikası (SSR) Nazirlər Şurasının 1 nömrəli dekreti ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edildi. Ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verildi.
1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildən müstəqil nazirliyə çevrilib) yaradılıb, respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri onun tabeliyinə verilib. Bu qurum 1988-ci ilədək fəaliyyət göstərib.
1959-cu ildən 1988-ci ilədək təhsillə bağlı Azərbaycanda 2 nazirlik və bir komitə fəaliyyət göstərib.
1. Xalq Maarifi Nazirliyi;
2. Ali və Orta İxtisas Təhsili Nazirliyi;
3. Dövlət Texniki Peşə Təhsili Komitəsi.
1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb.

Azərbaycan təhsili müstəqillik dövrü
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.



Oxunub: 77918