Baş səhifə    » TƏHSİL    » Orta ixtisas təhsili   

Orta ixtisas təhsili

  

Orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə imkan yaranıb.
Eyni zamanda, ölkədə təhsil komplekslərinin yaradılması sahəsində 2000-ci ildən başlayaraq müəyyən işlər görülür. Belə ki, «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Milli Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində isə Musiqi Kolleci təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2004-cü il tarixli 195 saylı qərarı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaradılıb.
2008-ci ildən orta ixtisas təhsili müəssisələrində eksperiment formasında tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqinə başlanılıb. Bu məqsədlə «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti əsasnamə» hazırlanıb və Təhsil Nazirliyinin 20 fevral 2008-ci il tarixli, 231 №-li əmri ilə təsdiq edilib.
Ötən illər ərzində orta ixtisas təhsilinin normativ-hüquqi bazası, demək olar ki, tam formalaşdırılıb. Orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişilməsinə, mövcud sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsinə imkan verib.

Orta-ixtisas təhsil müəssisələrinin siyahısı:
Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələri
1. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci;
2. Bakı Texniki Kolleci;
3. Bakı Neft-Energetika Kolleci;
4. Bakı İdarəetmə və Texnologiya Kolleci;
5. Azərbaycan Maliyyə-İqtisad Kolleci;
6. Bakı Yeyinti Sənayesi Texnikumu;
7. Bakı Dövlət Sosial İqtisad Kolleci;
8. Azərbaycan Dövlət Pedaqoji Kolleci;
9. Bakı Məktəbəqədər Pedaqoji Texnikumu;
10. Bakı Mədəni-Maarif Texnikumu;
11. Bakı Kompüter Kolleci;
12. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci;
13. Bakı Sənaye Pedaqoji Texnikumu;
14. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci;
15. Sumqayıt Dövlət Texniki Kolleci;
16. Sumqayıt Musiqi Texnikumu;
17. Gəncə Texniki Kolleci;
18. Gəncə Humanitar Kolleci;
19. Gəncə Musiqi Texnikumu;
20. Lənkəran Dövlət Humanitar Kolleci;
21. Naxçıvan Musiqi Texnikumu;
22. Şəki Pedaqoji Texnikumu;
23. Şəki Dövlət Texniki Kolleci;
24. Şəki Musiqi Texnikumu;
25. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci;
26. Ağdaş Dövlət Humanitar Kolleci;
27. Ağdam Musiqi Texnikumu;
28. Şamaxı Mədəni-Maarif Texnikumu;
29. Şuşa Mədəni-Maarif Texnikumu;
30. Şuşa Musiqi Texnikumu;
31. Astara Pedaqoji Texnikumu;
32. Ağdam Dövlət Sosial İqtisad Kolleci;
33. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci;
34. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci;
35. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci;
36. Qazax Dövlət Sosial İqtisad Kolleci;
37. Tovuz Dövlət Sosial İqtisad Kolleci;
38. Naxçıvan Dövlət Texniki Kolleci;
39. Sabirabad Dövlət Sosial İqtisad Kolleci;
40. Şamaxı Dövlət Sənaye İqtisad Kolleci;
41. Quba Dövlət Sosial İqtisad Kolleci;
42. Bakı Rabitə və Nəqliyyat Kolleci;
43. Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu;
44. Ağcabədi Pedaqoji Texnikumu;
45. Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci.

Digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələri
1. Mingəçevir Bədən Tərbiyəsi və Turizm Kolleci;
2. 1 №-li Bakı Tibb Məktəbi;
3. 2 №-li Bakı Tibb Məktəbi;
4. Naxçıvan Tibb Məktəbi;
5. Gəncə Tibb Məktəbi;
6. Sumqayıt Tibb Məktəbi;
7. Mingəçevir Tibb Məktəbi;
8. Şəki Tibb Məktəbi;
9. Lənkəran Tibb Məktəbi;
10. Bakı Xoreoqrafiya Məktəbi;
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki Bakı Yanğın -Texniki Məktəbi;
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orta ixtisas hərbi məktəbi.
 
Özəl orta ixtisas təhsili müəssisələri
1. Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci;
2. Beynəlxalq Kollec;
3. Sumqayıt Özəl Orta İxtisas Kolleci;
4. Bakı Biznes və Kooperasiya Kolleci.



Oxunub: 120731