Baş səhifə
» MEMARLIQ
» Memarlar
MemarlarƏcəmi Naxçıvani (XII əsrin 20-ci illəri – XII əsrin sonu)
Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisidir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır.
Əmirəddin Məsud Naxçıvani (XII əsr)
Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə “Əcaib əl-buldan” əsərində bəhs оlunur
Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir.
Qasım bəy Hacıbababəyov (1812-1874)
Parapet bağı (Fəvvarələr bağı), Nizami muzeyi (1860), "Araz" kinoteatrı kompleksi, Sahil (1860-1861), Sisiyanov parkı (1860), Vorontsov küçəsi 1-də yaşayış binası, (1870), Əyri (Krivaya) küçəsindəki yaşayış binaları (1870) Qasım bəy Hacıbababəyovun əl işləridir
Səfixan Qarabaği (1817-1910)
Mikayıl Hüseynov (1905-1989)
Mikayıl Ələskər oğlu Hüseynovun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə və digər bölgələrdə mədəni-məişət binaları tikilmişdir.
Davud Axundov (1918-)
Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifidir.
Davud Axundov islama qədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı elmi araşdırmalar aparıb.
Abbas Ələsgərov (1937)
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, Azərbaycanın Əməkdar memarı. O, “Bakıdövlətlayihə" institutuna rəhbərlik edərkən, Günəşli, Qanlıgöl, Yeni Yasamal, Əhmədli, Sahil, Badamdar, Lökbatan yaşayış rayonlarının, ÇXR səfirliyi binasının, Milli Parkın baş planının, Milli Məclis deputatları üçün yaşayış evinin layihələrinə və s. başçılıq etmişdir. Bakı şəhəri Baş Planının müəlliflərindən biridir.
Gülçöhrə Məmmədova (1953)
Elmi fəaliyyətlə də məşğul olan G. Məmmədova bir çox beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş və bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. O, Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa bölməsinin və Şərq ölkələri Beynəlxalq memarlıq Akademiyasının həqiqi üzvüdür. Şəki rayonunda Kiş məbədinin, Qəbələ rayonunda Nic məbədinin, Qax rayonunda Qum bazilikasının bərpası, Bakıda "Şərq" MTK-nın 16 mərtəbəli yaşayış binası G. H. Məmmədovanın layihələri əsasında həyata keçirilmişdir.
Rizvan Qarabağlı (1956)
Rizvan Sarı oğlu Qarabağlı Azərbaycan Memarlar İttifaqının üzvüdür. Onun işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub.
|