Çağdaş Azərbaycan dilinin dialekt və şivələri
Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır: 1) şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi); 3) şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).
Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.
I. Şərq qrupu:
1. a~e əvəzlənməsi: qaymaq~qeymağ, qayçı~qeyçi; 2. a~o əvəzlənməsi: baba~boba; barmaq~bormağ; 3. o~u əvəzlənməsi: qoşun-quşun; 4. ö~ü əvəzlənməsi: çörək-çürek; 5. Damaq saitlərindən sonra dodaq, dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi: bacun, aton, gəlsön, alson; 6. Sağır nun (η) səsi işlənmir; 7. Söz ortasında y samiti əvəzinə g samitinin fəallığı: dügmə, ignə, igid, sögüd; 8. Saitlərin ahəngi pozulur: qaraçi, qeytan, oxıdi; 9. Şəkilçilər, əsasən, ikivariantlıdır (dodaq variantlı): gəlübdü, alıbdu, əkdüz; 10. Qeyri-qəti gələcək zamanın inkarında –man, -mən, -mar, -mər şəkilçilərinin işlənməsi: almanam, gəlmənəm, qaçmarsan, almarsuz və s. 11. Bu qrupa aid spesifik sözlər özünü göstərir: tuğ-bayraq, xır-bostan, qəmbər-çay daşı, uruğ-nəsil, meşmeşi-ərik.
II. Qərb qrupu:
1.ə~a –xavar; 2. i~ı – qıymat; 3. Sağır nun (η) səsinin geniş işlənməsi: maηa, saηa; 4. b~v-bava, çovan; 5. c~j- bajı, qoja; 6. Saitlər söz sonunda karlaşır- papax, kəlməx; 7. b~f – bava, çovan; 8. v~y buzoy, toyla; 9. Dodaq ahəngi qüvvətlidir: görmöyüf, qurumuyuf; 10. Təsirlik halda saitlə bitən sözlərin - yı şəkilçisi qəbul etməsi: qapıyı, quzuyu; 11. indiki zaman şəkilçiləri: -er, -or, - ör, aler, quror, görör; 12. Spesifik sözlər: gap eləmək, şennix-kənd, qəlbi-hündür, ayıbalası-çiy kərpic, sorux-döşəkağı və s.
III. Şimal qrupu:
1.ə~e- eyləş, bey; 2. Sağır nun (η) itmək üzrədir; bir sıra şəkilçilər ahəngə tabe olmur: beşlıx, getmax; 3. xüsusi əvəzliklərin varlığı: habu, hu, hunda, mā, sā, mağa, sağa; 4. İndiki zaman: gələ durur, baxa durur; 5. II növ təyini söz birləşmələrinin II tərəfi mənsubiyyət şəkilçisiz işlənir: göz ağrı, baş ağrı, menin göz; 6. spesifik sözlər: tabun, şaqqa- ailə, əqraba, şəhrə-məhəllə, palankeş-süzgəc, ataqar-meşə, quştuqur-pəhləvan
IV. Cənub qrupu:
1.ə çox açıq tələffüz olunur: əv, həylə; 2. a~ə: əyax, qərə, dəğ, bəğ; 3. e~ə: pənir, səvgi, dəyil; 4. x~h: horuz, hurcun; 5. Indiki zaman formaları: -iy, - iri: gəliy, gediri, seviri; 6. Spesifik sözlər: qəzilləməx` - aldatmaq, mavrı-pişik balası, mayıf-şikəst, xudrı-boş və s.